Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İlham Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Fəxri Xiyabanda sabiq prezident, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Simsar.az-ın məlumatına görə, prezident İlham Əliyev Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Dövlət başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri qoyub.

Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edibdilər.

Bu gün hökumət üzvləri, dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət edirlər.

Qeyd edək ki, səhər saatlarından paytaxt sakinləri Fəxri Xiyabana gedərək Heydər Əliyevin məzarını ziyarət edir, mərhumun xatirəsini ehtiramla yad edirlər.

Bu gün Heydər Əliyevin vəfatından 11 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

 







12 Dekabr, 2014  10:12 Baxılıb: 819 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner