Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Sabah iqtidar-müxalifət dialoqu olacaq

Müxalifət hansı məsələləri müzakirəyə çıxaracağını açıqladı

Müxalifəti təmsil edən bir sıra partiyaların rəhbərləri dekabrın 13-də hakimiyyət təmsilçiləri ilə bir araya gələcəklər. İqtidar tərəfdəki heyətə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik edəcəyi gözlənilir.

Bu barədə daha təfsilatlı məlumatı olan musavat.com onların ictimailəşməməsi xahişinə görə  yalnız xəbəri yaymaqla kifayətlənib. Görüşün keçiriləcəyi məkan da bizə məlumdur.

KXCP, Azadlıq Partiyası, ADP, ALDP, VİP, Aydınlar və Ümid Partiyasının rəhbərlərinin, yaxud səlahiyyətli təmsilçilərinin bu görüşdə iştirakı gözlənilir.

Əvvəl verilən məlumatların əksinə olaraq, AXP-nin bu görüşdə iştirak etməyəcəyi bildirilir. Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan partiyalardan Müsavatın və Azad Demokratlar Partiyasının da görüşdə iştirakının gözlənilmədiyi aldığımız informasiya sırasındadır.

ADP sədri Sərdar Cəlaloğlu isə şənbə günü baş tutacaq iqtidar-müxalifət dialoqu barədə moderator.az-ın sualını cavablandırıb.

Həmin görüşdə konkret olaraq hansı məsələni qabartmağı planlaşdırdığı haqda danışarkən ADP sədri bunları deyib: “Elə düşünmürəm ki, mütləq mən orda danışmalıyam. Sadəcə olaraq, iştirak edəcəyəm, əgər digər yoldaşlarım mənim fikirləşdiklərimlə bağlı məsələləri qaldıracaqsa və mənim deyəcəyim arqumentləri deyəcəklərsə, susacam. Çünki mən həmişə iştirak etdiyim bütün görüşlərdə, hətta xaricilərlə apardığımız müzakirələrdə o zaman söz alıram ki, başqalarının demədiyi hər hansı bir həqiqəti çatdırım. Əgər başqaları nəyisə deyibsə, bunu təkrar dilə gətirmək həm vaxtı itirməkdir, həm də başqalarına qarşı hörmətsizlik etməkdir.

Ona görə də atmosferə baxacam, əgər yoldaşlar mənim deyəcəklərimi dilə gətirəcəklərsə, nəyə görə mütləq mən də danışmalıyam?”

S.Cəlaloğlu görüşün vaxtı və yeri barədə daha dəqiq informasiyanın görüşün koordinatoru kimi KXCP sədri Mirmahmud Mirəlioğlunda olduğunu bildirib və əlavə məlumat verə bilməyəcəyini söyləyib.






12 Dekabr, 2014  09:23 Baxılıb: 731 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner