Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

15 il məhkum olan şəxsə yenidən həbs

Simsar.az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA TV-yə  verilən məlumata görə, rayonun Şərif kənd sakini, 1988-ci il təvəllüdlü Hicran Nəriman qızı  Bağmanova evindən qızıl-zinət əşyalarının oğurlanması barədə RPŞ-ə müraciət edib. Aparılmış tədbirlər nəticəsində evdən qızıl-zinət əşyalarını onun həmkəndliləri 1994-cü il təvəllüdlü Mahama Əli oğlu Qoqayev və 1974-cü il təvəllüdlü Nəriman Ramazan oğlu Mağlıyev tərəfindən oğurlanması müəyyən olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mahama Qoqayev və Nəriman Mağlıyev saxlanılıblar. Nəriman Mağlıyevin yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron, 97 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana və hadisə zamanı oğurladığı qızıl-zinət əşyalarının bir qismi  aşkar edilərək götürülüb.

Həbs edilənlərdən Nəriman Mağlıyev 1994-cü ildə  CM-nin bir neçə ağır maddələri və 1993/94-cü illərdə Balakəndə qanunsuz silahlı birləşmələrdə iştirak etdiyi üçün təqsirli bilinərək 15 il müddətinə məhkumluq həyatı yaşayıb. Saxlanılan Mahama Qoqayev oğurluğu necə etdiklərini danışıb:"Axşam üstü fermadan gələndə Nərimanla rastlaşdım. Dedi ki, belə bir iş var, nə  götürsək, mənə də verəcək. İstəmədim, məni öldürməklə hədələdi. Məcbur olub, onunla getdim".

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.






11 Dekabr, 2014  22:32 Baxılıb: 761 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner