Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şamil Süleymanov “şah” olmaya bilər, amma “müəllim” olacaq

Aktyor “Dolu” filmində rol alacaq 

Əməkdar artist Şamil Süleymanov bir neçə filmə dəvət alıb. Bu barədə simsar.az-a aktyorun özü məlumat verib. Aktyora təklif olunan epizod rollardan biri Şah Abbas obrazıdır: “Zaman etibarilə hamısı eyni vaxta düşdüyündən inanmıram ki, təklifləri yüzdəyüz dəyərləndirim. Amma Şah rolu mənim üçün yenilikdir. Bu epizodda özümü yoxlamaq istəyərdim. Şahları zalım, qəddar və ya qorxaq kimi təsəvvür edirik. Mənə isə maraqlıdı, şah yaxşı adam ola bilərmi? Təbii ki, zəhimli də olsun, amma insani xüsusiyyətlərini də saxlasın”.

Ş.Süleymanov “Dolu” filmində müəllim roluna artıq təsdiqləndiyini deyib. Aktyor bu rolu müəllimlərinə ithaf etdiyini bildirib: “Müəllim oğluyam. Bu rolu da birnci sinifdən başlayaraq mənə dərs deyən bütün müəllimlərə həsr edirəm. Obrazın adı yoxdur, hamı ona sadəcə müəllim deyir”.

Ş. Süleymanovun sözlərinə görə, hər zaman müəllimlərindən eşitdiyi bir cümləni də epizoda əlavə etməyi rejissordan xahiş edib: “Tələffüz vaxtı dəhlizədə dayanan şagirdlərə yaxınlaşan müəllimlərin dilindən hər birimizin eşitdiyi sual: “Kimin sinifindənsən?”

Aqil Abbasın eyniadlı əsəri əsasında çəkilən “Dolu” filminin rejssoru Elxan Cəfərovdur. Hazırda filmin kastinqləri gedir, çəkilişlər yayda başlayacaq.

Arifə Mikayılova






22 Aprel, 2011  17:09 Baxılıb: 1853 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner