Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Leyla Yunus yenə həkim müayinəsindən imtina etdi

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun və ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin nümayəndələri Sülh və Demokratiya İnstitutunun həbsdə olan sədri Leyla Yunusa baş çəkiblər.

Bu barədə APA-ya İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun katibliyində təmsil olunan Beynəlxalq İnsan Haqları Cəmiyyəti Milli Komitəsinin sədri, hüquq müdafiəçisi Səadət Bənənyarlı məlumat verib: “İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun və ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri təşəbbüslə çıxış etmişdilər ki, Leyla Yunusla bağlı həkim heyəti təşkil olunsun və müayinədən keçirilsin. Bununla əlaqədar olaraq bu gün bir qrup həkim heyəti mən və İctimai Komitənin nümayəndəsi Əhməd Abbasbəyli Bakı İstintaq təcridxanasına getdik. Həkim heyətində oftalmoloq, ginekoloq, terapevt və digərləri , həmçinin onun müayinədən keçirilməsi üçün tibbi avadanlıqlar da var idi. Lakin Leyla Yunus müayinədən keçirilməsinə imkan vermədi. Təcridxananın həkim heyəti də orada idi. Onlar da bildirdilər ki, noyabrın 21-dən Leyla Yunus müayinədən imtina edir”.

Qeyd edək ki, L. Yunusa qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunusa qarşı isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə ittiham elan olunub və bu ilin iyul ayının 30-da onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda L. Yunus Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeliyində olan Bakı İstintaq Təcridxanasında saxlanılır.






11 Dekabr, 2014  18:09 Baxılıb: 803 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner