Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Türkiyə Azərbaycanı incik salmaq istəmir

Rusiya qazının Türkiyəyə nəqlini nəzərdə tutan boru kəməri Trans-Anadolu qaz kəmərinə (TANAP) alternativ deyil.

Simsar.az-ın NTV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız deyib.

“Türkiyə TANAP layihəsinin iştirakçısıdır. Avropa İttifaqı bir neçə dəfə narahatlığını bildirib ki, Rusiya qazının Türkiyəyə nəqlini nəzərdə tutan yeni qaz kəmərinin tikintisi TANAP-ın reallaşdırılmasına təsir edə bilər. Ancaq bu belə deyil”, - deyə nazir bildirib.

Qeyd edək ki, dekabrın 1-də Türkiyəyə səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin “Cənub axını” layihəsinin dayandırıldığını bəyan edib. Həmin gün Rusiyanın “Qazprom” və Türkiyənin “Botaş” şirkətləri Rusiya qazının Türkiyəyə nəqlini nəzərdə tutan boru kəmərinin tikintisi ilə bağlı müqavilə imzalayıb. Borunun nəqletmə gücü 63 mln. kubmetr təşkil edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, V. Putin sözügedən boruya “Türk axını” adının verilməsinin təklif edib.






11 Dekabr, 2014  17:58 Baxılıb: 867 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner