Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gənclər Nazirliyindən həyacan təbili çalındı

Azərbaycanda gənclərin müxtəlif qeyri-ənənəvi dini təriqətlərə qoşulduğu regionların sayı artıb. Bunu Trend-ə Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Bu gün gənclərin müxtəlif dini təriqətlərə qoşulması faktına çox təəssüf etdiyini deyən nazir müavininin sözlərinə görə, vaxtilə belə hesab olunurdu ki, dini dövlətlə sərhəd zonalarımızda dini təriqətlərə qoşulma halları daha çox inkişaf edir. Eyni zamanda, bu problem aztəminatlı, sosial problemi olan, qeyri-sağlam ailələrdə yaranır: “Ancaq indiki faktlar göstərir ki, regionların sayı artıb. Bu problem istər Bakı, istərsə də digər rayonlarımızda var. Bu gün aztəminatlı ailələrdən olan insanlar, yaxud mənəvi dünyagörüşü zəif olan insanlar qeyri-ənənəvi dini təriqətlər tərəfindən aparılan təbliğatın təsiri altına düşürlər”.

Nazir müavini bildirib ki, bu gün Azərbaycanda qeyri-ənənəvi dini təriqətə qoşulanların əhatə dairəsi və onların əsasən hansı təbəqəyə aid olması ilə bağlı konkret fikir söyləmək də mümkün deyil: “Bəzən görürsən ki, cəmiyyətdə müəyyən qədər iqtisadi və digər sahələrdə fəaliyyəti olan insan da dini təriqətə qoşulur. Bu gün artıq “bu insan buralıdır, filan işlə məşğul olur və ona görə də bu təriqətə qoşulur” demək çətindir. Artıq bu məsələ qarışıqdır. Söhbət ondan gedir ki, problem mövcuddur, o insanlar ardıcıl olaraq mütəşəkkil iş aparırlar”.

İ.Babayevin sözlərinə görə, bu gün Azərbaycan gənclərinin bir qismi qeyri-ənənəvi dini təriqətlərin toruna düşə biliblər.

Bunu çox təəssüfedici hal sayan nazir müavini bildirib ki, gənclərimiz Suriyada əbəs yerə həlak olurlar: “Suriyaya gedib həlak olmağın heç bir mənası yoxdur. Onlar özlərini şəhid elan edirlər. Şəhidlik ya Vətən, ya da din uğrunda mübarizədə olur. Amma Suriya bizim Vətənimiz deyil. Dini baxımdan da müsəlman müsəlmana güllə atmır. Onlar sadəcə, muzdlu olaraq bu işə qoşulub tora salınırlar”.

O, hesab edir ki, gənclərin dini təriqətlərə qoşulması meyillərinin artması ilə bağlı problemin kökü dövlət müstəqilliyinin ilk illərində cəmiyyətdə yaranan boşluqdan qaynaqlanır. Ölkəmizin inkişafını istəməyən çoxlu qüvvələr bu boşluqdan istifadə edərək cəmiyyətimizi parçalamaq, yaxud da qarşıdurma yaratmaq niyyətindədirlər. Ancaq hər dəfə də müxtəlif sahələrdə olan bu cəhdlərin qarşısı dövlət qurumları tərəfindən alınıb: “Müstəqilliyimizi əldə etdiyimiz ilk günlərdən başlayaraq, ərazi bütövlüyümüzün pozulması, cəmiyyətdə daxili vətəndaş qarşıdurması, iqtisadi tənəzzül və bu kimi digər problemlər yarandı. O zamanlar bunların nəticəsində cəmiyyətdə müəyyən boşluqlar əmələ gəldi. Bu problemin kökü də oradan gəlir. Müstəqilliyimizin ilk illərində Azərbaycanda kifayət qədər xristian təriqətləri fəaliyyət göstərirdi. İstər onlar, istərsə də islam təriqətləri ilə bağlı təbliğatlar dövlətçiliyimizin əleyhinə yönəlib. Ona görə də dövlətimiz ayıq olmalı, müvafiq cəza qurumları öz cəzasını verməli, humanitar blok isə təbliğat işini gücləndirməlidir. Yəni bütün işlər paralel şəkildə həyata keçirilməlidir”.

İ.Babayev deyib ki, bu gün gənclərin qeyri-ənənəvi dini təriqətlərə qoşulmasının qarşısını almaq yalnız bir dövlət qurumunun üzərinə düşən iş deyil. Dini, ictimai təşkilatlar, dövlət qurumları hamısı birlikdə gənclər arasında sağlam düşüncələri təbliğ etməlidirlər: "Gənclərin qeyri-ənənəvi dini etiqadlara qoşulmasının qarşısını almaq, onlarda həmin etiqadlara qoşulmaq həvəsinin yaranmaması üçün mütləq şəkildə alternativ sistem formalaşmalıdır. Bunun üçün də gənclərin asudə vaxtlarını səmərəli keçirə bildikləri şəbəkə genişlənməlidir".

Nazir müavininin sözlərinə görə, bu gün Azərbaycanda gənclərin asudə vaxtlarını daha səmərəli keçirməsi üçün müasir standartlara cavab verən bir infrastruktur - 70-dən artıq olimpiya kompleksi, gənclər evi və mərkəzi yaradılıb. Gənclər burada həm fiziki inkişaflarını təmin edə, həm də müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi apara bilərlər.

İ.Babayev bildirib ki, Gənclər və İdman Nazirliyi bu şəbəkəni daha da genişləndirmək, ölkənin bütün rayon və şəhərlərini bu şəbəkə ilə əhatə etmək niyyətindədir.

O, hesab edir ki, bu gün keçirilən tədbirlər vasitəsilə təriqətlərə qarşı mübarizə aparmaqla yanaşı, rəsmi dini qurumların mövqeyi də daha güclənməlidir: "Yəni dövlət siyasətinə, milli maraqlarımıza cavab verən dini konsepsiya işlənib tədricən tətbiq olunmalıdır ki, gənclərimizin qeyri-ənənəvi dini təriqətlərə qoşulmasının qarşısı alınsın".






11 Dekabr, 2014  17:15 Baxılıb: 646 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner