Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Əhmədov üç nazirin görüşünü şərh edir

"Ermənilərin danışıqlar prosesini bu məqsədlə uzatmasına imkan verməməliyik”

“Nə qədər ki Dağlıq Qarabağ münaqişəsi aradan qaldırılmayıb, bu münaqişənin həlli yollarından biri də danışıqlardır. Azərbaycan olaraq biz buna belə yanaşırıq. Ancaq təəssüflər olsun ki, indiyə qədər aparılan danışıqlar nəticəsiz qalıb, münaqişə həllini tapmayıb”.

APA-nın xəbərinə görə, bunu YAP-ın icra katibi, partiyanın sədr müavini Əli Əhmədov Moskvada keçirilməsi gözlənilən Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin görüşünə münasibət bildirərkən deyib.

O bildirib ki, indiyədək münaqişənin həll olunmamasına səbəb Ermənistan tərəfinin öz qeyri-konstruktiv mövqeyindən çəkilməməsi olub: “Təəssüf hissi ilə deyirəm ki, Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyindən əl çəkmək niyyətində deyil. Ancaq bir halda ki, Azərbaycan tərəfi olaraq biz bu gün də danışıqların münaqişənin həllinə kömək edəcək bir amil olaraq qəbul edirik, hesab edirəm ki, danışıqlarda iştirak etmək lazımdır. Təbii ki, Azərbaycan öz mövqeyini dəfələrlə ortaya qoyub. Danışıqların Ermənistan tərəfindən münaqişənin həllinin uzadılması üçün bir vasitə kimi istifadə etməsini Azərbaycan məqbul saymır. Ermənilərin danışıqlar prosesini bu məqsədlə uzatmasına imkan verməməliyik”.






22 Aprel, 2011  17:02 Baxılıb: 1159 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner