Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Seçkilərdə “exit-poll” keçirəcək təşkilat qeydə alındı

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi bələdiyyə seçkilərində “exit-poll” keçirəcək. APA-nın xəbərinə görə, mərkəzin bununla bağlı müraciətinə Mərkəzi Seçki Komissiyasında (MSK) baxılıb.

Məsələ barədə məlumat verən MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 8 seçki və referendumda “exit-poll” keçirib və müvafiq təcrübəli kadrlara, texniki avadanlıqlara malikdir. O deyib ki, mərkəz bələdiyyə seçkilərində 400 seçki məntəqəsində “exit-poll” keçirmək istəyir. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi gün ərzində 4 dəfə sorğunun nəticələrini açıqlayacaq, ən son nəticə isə saat 20:00-da açıqlanacaq.

MSK üzvü Akif Qurbanov isə qeyd edib ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin maddi-texniki bazasının nəyə əsaslandığı, “exit-poll” keçirmək üçün nə qədər vəsait ayırdığı məlum deyil. N. Məmmədov cavabında ilk növbədə insan resurslarına baxmağın lazım olduğunu söyləyib: “Bu baxımdan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin problemi yoxdur. Vəsait ayırılması ilə bağlı MSK-nın təlimatında tələb əksini tapmayıb. Sorğunun keçirilməsi üçün normativ baza olmalıdır. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin belə bazası var. Büdcəsinə gəlincə, təlimat bizə imkan vermir ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzində qanunsuz yoxlama aparaq. Biz bu qurumu bu prosesə müvafiq sayırıqsa, nəzərə almalıyıq ki, bu qurum indiyə qədər bu işlə məşğul olubmu, açıqladığı nəticələr necə olub, işinin öhdəsindən necə gəlib. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi birinci dəfə deyil ki, bu prosesə qoşulur. Obyektivliyinə şübhə doğuracaq hər hansı məqam olmayıb” .

Məsələ səsverməyə qoyularaq qəbul edilib.






11 Dekabr, 2014  16:55 Baxılıb: 639 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner