Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Azərbaycan və Türkiyə mediası birgə hərəkət etməlidir" - Əli Həsənov

"1998-2000-ci ilə qədər Azərbaycanda neft müqavilələrini çıxmaqla, ən böyük yatırımlar Türkiyə sərmayələri idi. Azərbaycan da sərbəst kapital əldə etdikdən sonra ən böyük yatırımlarını Türkiyəyə yönəldib". Trend xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda "Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid" mövzusunda beynəlxalq konfransda bildirib.

PA rəsmisi deyib ki, son 5 ildə Azərbaycan Türkiyəyə 20 milyard dollara yaxın sərmayə yönəldib. Bu da qardaş ölkəyə Azərbaycan neftinin gətirdiyi üstünlüklərdəndir: "Ona görə jurnalistlər də iki ölkənin strategiyasına, dövlət başçılarının müəyyən etdiyi xəttə müvafiq olaraq, ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin əsasını qoyduqları təməl prinsiplərdən çıxış edərək ümumi maraqlarımızı bölüşməlidirlər. Müasir texnologiyaların hansı səviyyədə dəyişməsindən asılı olmayaraq, media vahid hədəflərə doğru birgə, əlaqələndirilmiş fəaliyyətlə hərəkət etməlidir. Hazırkı dövrdə media transformasiya olunur, ənənəvi KİV-lər yerlərini müasir informasiya vasitələrinə verirlər. İnsanlar arasında virtural ünsiyyət vasitələri sürətlə inkişaf edir, mövcud media strukturları da öz fəaliyyətlərini yeni reallığa uyğunlaşdırırlar. Ancaq jurnalistlər unutmamalıdırlar ki, istənilən halda hər iki xalqın maraqlarını nəzərə almalıdırlar".

Ə.Həsənov qeyd edib ki, media transformasiya olunur, ənənəvi media strukturları öz fəaliyyətlərini yeni reallığa uyğunlaşdırırlar. Bu ondan irəli gəlir ki, bəşəriyyətdə texnologiyalar dəyişir, insanlar arasındakı ənənəvi ünsiyyət vasitələri yerini yeni virtual vasitələrə verir: "Həm Azərbaycan, həm də Türkiyə getdikcə modernləşərək mövcud strukturlarını, o cümlədən media strukturlarını buna uyğunlaşdırır. Amma jurnalistlər bir şeyi unutmamalıdırlar ki, hansı şəraitdə, hansı yeni vasitələrlə, maddi-mənəvi şəraitdə fəaliyyət göstərmələrindən asılı olmayaraq, hər iki dövlətin, hər iki xalqın maraqlarını nəzərə almalıdırlar, bu maraqların təmin olunmasına öz töhfələrini verməlidirlər”.

Onun sözlərinə görə, jurnalistlər hakimiyyətin siyasətini xalqa və idarəçiliklə bağlı xalqın rəyini hakimiyyətə çatdırmaqla onların arasında əlaqə yaradırlar: "1993-cü ildən sonrakı dövrdə söz və məlumat azadlığının inkişaf etdirilməsi istiqamətində atılan məqsədyönlü addımlar nəticəsində Azərbaycan KİV-ləri bölgənin aparıcı media strukturlarına çeviriblər. Azərbaycan jurnalistikasının səsi nəinki postsovet məkanından, Avrasiya məkanından, bütün dünyadan gəlir".






11 Dekabr, 2014  15:59 Baxılıb: 788 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner