Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ən fəal və ən passiv deputatlar kimlərdir? – JURNALİSTLƏR CAVABLANDIRIR

Dövlətin idarə olunmasında 3 əsas qurumdan biri olan ölkənin qanunverici orqanı Milli Məclisdə (MM )xalqı təmsil edən 125 millət vəkili var. Oların həm millət vəkili, həm vətəndaş, həm də bir ictimai-siyasi xadim kimi ən ümdə borcları milləti narahat edən bütün məsələlərdən danışmaq, onları Milli Məclis səviyyəsində müzakirəyə çıxarmaq və səlahiyyətləri çərçivəsində aktiv olmaqdır. Milli Məclisin builki fəaliyyəti bir sıra qanuna dəyişikliklərlə və yeni qanunların qəbul edilməsi ilə yadda qaldı. Demək olar ki, payız sessiyası artıq başa çatmaq üzrədir. Qış sessiyasına isə sayılı günlər qalır. Görəsən ötən 3 sessiyada fəallığı ilə yadda qalan deputatlar kimlər olub?

Simsar.az ölkə medyasının aparıcı orqanlarının əməkdaşları arasında ekspress-sorğu keçirib.

1news.az-ın parlament müxbiri Ramin Abdullayev: “Qənirə Paşayeva və Zahid Oruc hiperaktivdilər. Təxminən 10 deputat aktivlik göstərirdilər. Qalan 110 deputatı isə passiv hesab edirəm”.

Virtualaz.org-un siyasət müxbiri İlkin Muradov: “Fazil Mustafa, Qənirə Paşayeva və Siyavuş Novruzov bu il aktiv fəaliyyət göstərdilər. Barmaqla sayıla biləcək deputatlar da var ki, hərdən parlamentdə çıxış edirdilər. Əvvəlki illərdə olduğu kimi digərlərini görmək bu il də bizə nəsib olmadı. Ən azından adlarını bilmədiyimiz, heç görmədiyimiz deputatların şəkillərini gələn il keçiriləcək parlament seçkilərində görə biləcəyik. Buna da şükür etmək olar”.

Hafta.az saytının parlament müxbiri Əli Rais: “Parlamentdə ən çox çıxış edən deputat Zahid Orucdur. Hər mövzuda çıxış edir, eyni zamanda çox savadlı şəkildə, fikirlərini əsaslandıraraq məsələyə yanaşır. Onunla yanaşı Fazil Mustafa, Çingiz Qənizadə, Siyavuş Novruzov, Aydın Mirzəzadə Qənirə Paşayeva, Aqil Abbas da qanun layihələrinə aktiv münasibət bildirib, cəmiyyətin problemləri barədə çıxış yolları təklif edirlər. Parlamentdə öz tənqidi çıxışları ilə yadda qalan İqbal Ağazadə isə özünəməxsus tonla, sona yaxın bir dəfə çıxış edərək, adətən digər çıxışlardakı nöqsanları qeyd edir. Qeyd olunan adlar ən çox danışanlardır. Digərləri isə bir qədər passivdir. Məsələn, BDU-nun rektoru Abel Məhərrəmov demək olar ki danışmır. Halbuki, universitetdə kifayət qədər problemlər var. Sabirabadlı olduğum üçün elə öz deputatımız olan Ceyhun Osmanlını da qeyd edim. Ceyhun Osmanlı ötən illərdə problemləri qabardıb, gənclərlə bağlı məsələləri gündəmə gətirsə də, son bir ildir ki susub. Demək olar ki, heç bir məsələyə münasibət bildirmir”.

APA-nın iqtisadiyyat şöbəsinin baş redaktoru İlkin Əhmədov: “İqtisadi jurnalistika ilə məşğul olduğum üçün çalışacam məsələyə iqtisadi nöqteyi-nəzərdən yaxınlaşam. Əslində, bu il millət vəkilləri üçün sıradan bir il oldu. İqtisadi blokun təmsilçiləri Əli Məsimli və Vahid Əhmədov hər zaman gördükləri işi gördülər, müəyyən təkliflərini verdilər. Yeri gəlmişkən, onlar tərəfindən çox gözəl təkliflər səsləndirilidi. Lakin onları eşidən oldumu? Qulaq asan çox idi, amma eşidən olmadı. Onların aktivliyindən yenə də jurnalistlər faydalandı. Hər zaman olduğu kimi Zahid Oruc, Qənirə Paşayeva, Qüdrət Həsənquliyev və s. parlamentdə keçirilən müzakirələrdə çox aktiv idilər. Lakin unutmayaq ki, millət vəkilinin işi yalnız bununla bitmir. Qənirə Paşayeva həm ölkə daxilində, həm də xaricdə çox aktiv olub. Ümumiyyətlə, bu xanımın sosial layihələrdə də çox aktiv iştirak etməsini qeyd etmək lazımdır”.

Gün.az saytının və “525-ci qəzet”in parlament müxbiri Kamil Həmzəoğlu (Həmidov): “Aktiv millət vəkilləri sırasında yenə də millət vəkillərindən Qənirə Paşayeva, Zahid Oruc, Aydın Mirzəzadə, Fuad Muradov, Qüdrət Həsənquliyev, Fazil Mustafa, İqbal Ağazadə, Sabir Rüstəmxanlı, Bahar Muradova, Hadi Rəcəbli, Musa Quliyev, Əli Hüseynli, Rəbiyyət Aslanova, Jalə Əliyeva və daha bir neçə millət vəkili yer alıb. Onlar hər zaman olduğu kimi, 2014-cü ildə də aktivlikləri və fəallıqları ilə seçiliblər. Passivlərə gəlincə, onları seçiciləri bizlərdən daha yaxşı tanıyır, ona görə xüsüsi ad çəkməyə ehtiyac duymuram.

Hafta.az sayıtının müxbiri Gülşanə Mustafayeva: “Mənim sahəmə aid olan deptulardan daim açıqlama almışam. Xüsusilə, Hadi Rəcəbli, Musa Quliyev, Vahid Əhmədov və Xanhüseyn Kazımlı daha aktiv olublar. İqtisadi-sosial, Təhlükəsizlik və Müdafiə, eyni zamanda Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi daim yeni layihələr işləyib hazırlayır. Amma Mədəniyyət və Təbii Ehtiyyatlar, Energetika və Ekologiya Komitələri passiv fəaliyyət göstərirlər”.

 

Hüseyn İbadlı







11 Dekabr, 2014  13:59 Baxılıb: 2707 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner