Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Yuğda “Fəna” olacaq

Dekabrın 13–də Yuğ Dövlət Teatrında Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında “Fəna” tamaşası təqdim ediləcək.

Simsar.az xəbər verir ki,  tamaşanın quruluşçu rejissoru Mir Sahib Ağayev məlumat verib. O bildirib ki, bu səhnə əsərini bir nəfəslik mərifət oyunu da adlandırmaq olar.

Bildiyiniz kimi insan bütöv bir həqiqətin zərrəsidir. Bunu istəsə də, istəməsə də insan o həqiqətə bağlıdır. Bu həqiqətin insandakı təzahürü vicdan, mənəviyyat, ruh və ya fitrət adlanır. Məhz bu tamaşa da insan təfəkküründə və ruhunda mövcud olan “Özünə gəlmək”, “Özünəqayıdış” düşüncəsi və halı üzərində qurulub. Burada insan bütöv bir kamilliyə, özünü kəşfə can atır və son anda bunu bacarır.

Tamaşanın quruluşçu rəssamı, Əməkdar Rəssam Rəşid Şerif, musiqi tərtibatçıları Amid Qasımov, İffət Əsgərov, rejissor assistenti Qasım Nağıdır.

Tamaşada rolları Qasım Nağı, Natəvan Qeybani, Oktay Mehtiyev və Novruz Novruzlu oynayırlar.

 

 







11 Dekabr, 2014  13:15 Baxılıb: 838 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner