Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Britaniya səfiri BANM-də olub

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, rektor Elmar Qasımov səfiri salamlayaraq, onu rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu deyib. Azərbaycanın Böyük Britaniya ilə əlaqələrinin yüksək səviyyədə olduğunu bildirən rektor Elmar Qasımov Azərbaycanla Böyük Britaniya arasındakı təhsil üzrə münasibətlərin inkişafında BANM-in də rol oynadığını qeyd edib.

Rektor Elmar Qasımov Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə Ali Məktəbin əməkdaşlığı çərçivəsində Universitetin müəllimlərinin burada imtahan prosesində yaxından iştirak etdiyini bildirib. İrfan Siddiqin səfir kimi ölkəmizdə ilk görüşünü ali təhsil müəssisələri içərisində məhz Bakı Ali Neft Məktəbindən başladığını xatırladaraq, rektor E.Qasımov onu yenidən bu Ali Məktəbin tələbələri ilə görüşə dəvət edib.

E.Qasımov bildirib ki, BANM beynəlxalq neft-qaz şirkətləri ilə əməkdaşlıq edir və o, bu günlərdə bp-in regional prezidentinin Ali Məktəbin tələbələri ilə görüşünü məmnunluqla səfirin diqqətinə çatdırıb. O, deyib ki, bu ali təhsil ocağı gələcəkdə bp və bu kimi beynəlxalq neft-qaz şirkətlərinin əsas kadr potensialının təminatçısı olacaq.

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq BANM-də olmaqdan məmnunluğunu bildirib. Tələbələrlə görüşə dəvət etdiyi üçün rektor Elmar Qasımova təşəkkür edən səfir öz razı qaldığını söyləyib. Böyük Britaniya və Azərbaycan arasında olan ikitərəfli münasibətlərdən danışan səfir iki ölkə arasında əlaqələrin daim inkişaf etdiyini və bu əlaqələrin bütün sahələrdə, istər iqtisadiyyat, istərsə də, humanitar sahədə uğurlu olduğunu vurğulayıb. Səfir Böyük Britaniya ilə Azərbaycan əlaqələrinin möhkəm olduğunu bildirdi. İlk görüşünü BANM-də başladığını məmnunluqla xatırlayaraq, bu günlərdə BANM-in ABB şirkəti ilə əməkdaşlıqla bağlı imzalanma mərasimində iştirakını da qeyd etdi. Səfir İrfan Siddiq Ali Məktəbin Heriot-Vatt Universiteti ilə əlaqələrini təqdir edərək, BANM-in Heriot-Vatt Universiteti ilə əməkdaşlığından məmnunluq ifadə edib. İki ölkə arasında, xüsusən təhsil müəssisələri arasında əlaqələrin genişlənməsində bu əməkdaşlığın digər universitetlərə nümunə olduğunu deyib.

Sonda rektor Elmar Qasımov səfir İrfan Siddiqi “Fəxri qonaq” diplomu ilə təltif edib

Qeyd edək ki, görüşdə, həmçinin Heriot-Vatt Universitetindən gələn müəllim heyəti də iştirak edib.

Hüseyn İbadlı

 






11 Dekabr, 2014  13:03 Baxılıb: 633 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner