Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ukrayna Rusiya ilə Avropanı ayıracaq divar hörür

Sovetlər birliyinin dağılmasının qaranquşu olan Berlin Divarının dağılmasından illər sonra Ukrayna, Rusiya ilə Avropanı ayıracaq divar hörəcək.

Simsar.az xəbər verir ki, Ukraynanın Baş Naziri Arsen Yatsenyuk, 4 il davam edəcək tikintinin 517.3 milyon dollara başa gələcəyini deyib.

Rusiya ilə Ukrayna arasında çəkiləcək divarın uzunluğu 2 min 395 kilometr olacaq. 2 metr təməli olacaq divarın hündürlüyü 4 metrə çatacaq.

Yatsenyuk “Avropa Divarı” adı verilən layihənin Avropa Birliyi tərəfindən də dəstəkləndiyini vurğulayıb: “Rusiya ilə sərhədlərimizi gücləndirəcək bu divar, AB ilə viza rejiminin qaldırılmasına dəstək olacaq”.

Ukrayna Müdafiə Nazirliyinin verdiyi qərarla divar eyni zamanda tanklardan müdafiə olunmaq üçün xüsusi xəndəklərlə gücləndiriləcək.

Avropa Şurası Baş Katibi Thorbjorn Jagland isə bu layihənin qəbuledilməz olduğunu açıqlayıb: “Bu insanların və ailələrin gələcəklərinə müdaxilədir. Avropanı divarla bölmək əvəzinə, “Şərikli Avropa Evi” düşüncəsinin gücləndirilməsi lazımdır”.

Rusiya tərəfindən məsələylə bağlı verilən açıqlamada isə, Almaniyada olduğu kimi, Ukraynanın da divar layihəsinin uzun müddət davam etməyəcəyi, gec-tez bu divarın uçurulacağı bildirilib.

Vüsal Qarayev







11 Dekabr, 2014  12:28 Baxılıb: 775 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner