Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Britaniya universitetində “Azərbaycan Günü” – FOTOLAR

Müxtəlif ölkələrin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli fəaliyyət göstərirlər. Bu məqsədlə Böyük Britaniyanın “City” Universitetində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycan günü” keçirilib.

Azərbaycan cəmiyyətindən Simsar.az-a verilən məlumata görə, tədbiri giriş sözü açan cəmiyyətin sədri Azər Əsgərov qurumun fəaliyyəti və gələcək planları haqqında danışmışdır. Azərbaycanın tarixi mədəniyyəti və strateji mövqeyi haqqqında məlumat verən A.Əsgərov 2015-ci ildə ölkəmizdə keçiriləcək “1-ci Avropa Oyunları”nın əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində, paytaxt Bakının köhnə və müasir gözəlliklərini əks etdirən videoçarx nümayiş etdirilmiş, həmçinin foto sərgi təşkil edilib.

“Azərbaycan günü” xarici qonaqlarda böyük maraq doğumuşdur. Tədbirdə iştiak edən müxtəlif ölkələrdən olan tələbələrə ölkəmizin mədəniyyətini, tarixni, incəsənətini, turizmini və.s əks etdirən jurnal və bukletlər paylanılıb.

Cəmiyyətin fəallari Ramazan Abbaszadə, Nagi Nagiyev, Aydan Agazadə, Sevda Behbudova, Ülviyya Ismayilova, Ənvər Məhəmməd, Elvin Mikayilov, Şəbnəm Abbaszadə, Nargiz Abbasova ve başqalari tədbirdə qonaqlara Azərbaycanın mədəni və iqtisadi inkişafi barəsinde ətrafli məlumat veriblər. Həmcinin tədbirdə basqa ölkələrdə Azərbaycan cəmiyyətlərindən, Latviya - Azərbaycan cəmiyyətinin sədri Kamal Huseynov daxil olmaqla başqa tələbələr də iştirak ediblər.

Hüseyn İbadlı

 






11 Dekabr, 2014  11:47 Baxılıb: 886 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner