Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Ermənilərə keçmişləri haqda həqiqəti çatdıracağıq" – LAYİHƏ RƏHBƏRİ

"Erməni ictimaiyyətinə informasiya dəstəyi layihəsi" start götürüb

Simsar.az xəbər verir ki, Qafqaz Tarixi Mərkəzi “vesti az.”, “apa az.” , “day. Az” saytları ilə birlikdə “Erməni ictimaiyyətinə informasiya dəstəyi” layihəsini həyata keçirməyə başlayıb. Layihə texniki cəhətdən sözügedən saytlarda informasiya bloklarının yerləşdirilməsini nəzərdə tutur.

“Söhbət qədim zamanlardan müasir dövrümüzə qədər olan tarixi faktların işıqlandırlmasından gedir. Erməni auditoriyası öz vətənində bu məlumatları əldə edə bilmir.Həmin materiallar hər bir erməninin başa düşəcəyi rus dilində təqdim edilir. Ermənilər özlərini cəfakeş xalq adlandırırlar. Və bu məqamda onlarla razılaşmamaq mümkün deyil.Onların çəkdikləri əziyyətin əsas səbəbəbi budur ki, onalara öz keçmişləri barədə yalan məlumat verilir və obyektiv informasiya əldə etmələrinə imkan yaradılmır.

Erməniləri hazırki yaşayış ərazisində yerli əhali olduqlarına inandırmağa və onlara dünya birliyi tərəfindən qonşu dövlətlərin ərazi bütövlüyünün tanınmasının - uydurma olmasına əminlik hissinin tətbiq edilməsidir. Yeni layihəmizin məqsədi - erməni ictimaiyyətinə həqiqətin çatdırılmasıdır. Mən vesti.az, apa.az və day.az saytlarının rəhbərliyinə minnətdaram və digər media resursları əməkdaşlığa dəvət edirəm”, - deyə layihınin təşkilatçısı Fuad Axundov qeyd edib.

İnformasiya blokları iki gün əvvəl istifadəyə verilib. Hazırda F.Axundovun kitablarını elektron versiyalarını informerlər bu ünvanlara yönəldir: www.nofalsify.com (alimlərin Cənubi Qafqazın tarixi haqqında fikirləri əsasında tərtib olunan “Saxtakarlıqları ifşa edənlər” kitabı) və www.azleadersays.com Azərbaycan Prezidentinin ən mühüm sitatları təqdim edilən (“İqtibaslar. Dünya liderləri və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünün pozulmazlığı haqqında” kitabı) www.azterrintegrity.org (dünya liderləri və beynəlxalq təşkilatların Azərbaycan Respublikasının ərazi bütövlüyü haqqında fikirlərinin toplandığı “İqtibaslar. Dünya liderləri və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünün pozulmazlığı haqqında” kitab).






11 Dekabr, 2014  11:16 Baxılıb: 645 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner