Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Neft-qaz sektorunda istehsalın həcmi azalıb” – Komitə

“Ümumi sənaye istehsalının 92,7 faizi malların payına düşüb”.

2014-cü ilin yanvar-noyabr aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 29,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Dövlət Statistika Komitəsindən Simsar.az-a verilən məlumata görə, sənaye məhsulunun 70,4 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 38,4 milyon ton neft, 17,0 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 23,4 faizini təşkil edib, qida, içki, tütün məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-noyabr aylarının səviyyəsini 6,6 faiz üstələmiş, neft-qaz sektorunda isə 3 faiz azalıb. Ümumi sənaye istehsalının 92,7 faizi malların (əmtəələrin), 7,3 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 80,1 faizi özəl bölmədə istehsal olunub.

 

Aysel Kərimova







11 Dekabr, 2014  11:06 Baxılıb: 657 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner