Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TQDK SAT təşkil edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası SAT təşkil edəcək.

SAT (Scholastic Aptitude Test) şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış test imtahanıdır və hər il imtahana iki milyondan artıq məktəb məzunu daxil olur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Simsar.az-a verilən məlumata görə, SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkalada müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab edilir.

College Board saytında TQDK-nın qeydiyyatdan keçmiş test mərkəzinin kodu 60129 –dur. İlk imtahan 2015-ci il yanvar ayının 24-də TQDK-nın test mərkəzində –Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A ünvanında yerləşən binasında təşkil olunacaq. İmtahanda iştirak etmək istəyən namizədlər üçün qeydiyyat 2014-cü il dekabr ayının 29-dək aparılır.

SAT imtahanı haqqında ətraflı məlumat almaq üçün bu linkə (http://sat.collegeboard.org/about-tests/sat) müraciət etmək olar.

Qeydiyyatdan keçmək üçün link belədir:http://sat.collegeboard.org/register/test-center-code-search

TQDK tərəfindən keçirilən SAT imtahanına qeydiyyat, imtahanın keçirilməsi qaydaları və nəticələrin əldə olunması haqqında əlavə məlumat əldə etmək üçün aşağıdakı elektron ünvanına müraciət edə bilərsiniz: Vali.Huseynov@tqdk.gov.az

 

Aysel Kərimova

 






11 Dekabr, 2014  10:31 Baxılıb: 1026 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner