Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Uşaqların taleyi və 60 ilin UNİCEF-i

BMT-nin Uşaq Fondu (UNICEF - United Nations International Children’s Emergency Fund) - 1954-cü ildə uşaq hüquqlarının qorunması üçün qurulmuş İlk beynəlxalq təşkilatdır.

Simsar.az xəbər verir ki, UNİCEF uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardan hesab olunur. Təşkilatın əsası 1946-cı il dekabrın 11-də qoyulub və ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNİCEF - United Nations International Children’s Emergency Fund) adlandırılıb. 1959-cu ildə isə "Uşaq hüquqları" bəyannaməsi qəbul edilib.

Uşaq Fondunun yardımları aşağıdakı üç formada həyata keçirilir:

-Uşaqlara yardım proqram və planlarının hazırlanmasının dəstəklənməsi;

-Bu proqramların həyata keçirilməsi üçün material və avadanlıqların verilməsi;

-İnkişaf etməkdə olan ölkələrin özündə Fond heyətinin hazırlanması üçün lazımı vəsait və kadrların ayrılması.

1965-ci ildə Uşaq Fondunun son dərəcə məhsuldar fəaliyyəti və yubileyi onun dünya Nobel mükafatına layiq görülməsi ilə nəticələndi. 1976-cı il dekabrın 21-də isə BMT 1979-cu ili Uşaq ili, habelə UNİCEF-i BMT sisteminin uşaq və körpələrlə bağlı başlıca orqanı elan etdi.

İsmayil Məclisi 1989-cu ilin dekabrında "Ümümdünya Uşaq hüquqları haqqında" Konvensiyanı qəbul və təsdiq etdi. Bu məqsədlə 1990-cı ildə Ümumdünya görüşü çağırıldı.

UNİCEF "Uşaq Hüquqları haqqında" Konvensiyanı həyata keçirmək üçün bütün dövlət və qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq edir, cari və perspektiv BMT proqramlarına uyğun olaraq fəaliyyət göstərir.

Fonda rəhbərliyi İcraiyyə Şurası həyata keçirir. Şura 36 üzvdən ibarətdir. UNİCEF-in 113 ölkədə və 242 məntəqədə 6200 əməkdaş çalışır. Bunların 84% bilavasitə yerlərdə fəaliyyət göstərir. Uşaq Fondunun mənzil qərargahları Nyu-York, Kopenhagen və Florensiyada, regional şöbəsi isə Cenevrədə fəaliyyət göstərir.

UNİCEF tamamilə könüllü yardımlar hesabına fəaliyyət göstərir. Bütün yardımların 30%-dən çoxu uşaq sağlamlığının qorunmasına (vaksinlər, uşaq qidası, və s. alınmasına) sərf olunur.

Fondun başlıca mətbu orqanıları "Dünyada uşaqların vəziyyəti" və "Millətin inkişafı" jurnallarıdır.

Hüseyn İbadlı

 






11 Dekabr, 2014  09:30 Baxılıb: 677 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner