Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Cənub axını” “Türk axını” olur

Qərb əleyhinə planlanlaşdırılan Rusyia-Türkiyə yaxınlaşmasında, Putin daha bir addım atmağa hazırlaşı.

Simsar.az xəbər verir ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Putinin, “Cənub axını” layihəsnin adını “Türk Axını” edə biləcəklərini dediyini bildirib: “Müzakirələrə başlayıb bir ön razılaşma bağladıq. Razılaşma olarsa Cənub Axını məsələsi həll olunacaq. Putin bu layihənin adını “Türk Axımı”, “Türk Təbii Qaz Axını” qoya bilərik kimi ifadələr işlətdi. Qaradənizdən keçən Türkiyə sərhədlərindən Yunanıstan sərhədinə kimi türk torpaqlarında bir xətt qurulacaq. Bu addımı ata bilərik deyildi.  Əgər Avropa  istəsə burdan istədiyi qədər qaz  ala bilər. Dekabr ayında inşallah qərbi Qaradənizdə də yeni bir qazıntıya başlayacağıq. Ola bilsin ki, bu zaman yerli neft qazma platformasının da yaradılmasına  ehtiyyac olsun. Şükürlər olsun ki, bu platformanı da öz limanlarımızda hazırlamaq gücünə sahibik”.

Ərdoğan qeyd edib ki, neft  zənginlik qaynağı olduğu kimi, həm də dərdin, bəlanın, müharibələrin səbəbinənə çevrilib: “Türkiyə neft və qazla zəngin bir ölkə deyil. Digər tərəfdən baxanda, neft və qazla  zəngin olan ölkələrin əksəriyyətində dinclik və rifah yoxdur. Baş verən münaqişələrin, müharibələrin təməlində sahib olunan neft və təbii qaz ehtiyyatlarının olduğunu görürük. Zənginlik qaynağı olmalıykən bu sərvətlər dərdin, kədərin, müharibələrin səbəbinə çevrilir. Biz enerji məsələsinə əsla bu şəkildə yanaşmadıq. Türkiyə üçün əsas məsələ bu qaynaqlardan xalqın rifahına və xoşbəxtliyinə dəstək verəcək şəkildə istifadə edilməsidir. Liderlik etdiyimiz layihələrdə də bunu sübut edəcəyik”.

Ərdoğan, bölgədə həyata keçirdikləri bütün enerji layihələrində Kiprdə yaşayan türklərin də  ədalətli şəkildə pay sahibi olduqlarını deyib: “Türkiyə artıq sadəcə öz torpaqlarında yox Azərbaycandan tutmuş İraqa, Rusiyaya, Qırğızıstana, Kolumbiyaya qədər dünyanın hər yerində neft axtarır. Biz hazırda Kiprin cənubunda da neft axtarırıq. Yunanıstan hökuməti xəbərdarlıqlarımzı nəzərə almasa da biz axtarışlarımıza davam etdirəcəyik. Bu axtarışlarda Kiprdə yaşayan bütün türklərin haqqı var”.

Vüsal Qarayev


 

 






11 Dekabr, 2014  09:25 Baxılıb: 929 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner