Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İmruz Əfəndiyevanın “Musiqidə keçən ömrü” və “Axtarış yollarının bəhrəsi”

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq doktoru İmruz Əfəndiyevanın “Musiqidə keçən ömür” və “Axtarış yollarının bəhrəsi” adlı kitablarının təqdimat mərasimi keçirilib.

Simsar. az xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək İmruz Əfəndiyevanın uzun və mənalı yaradıcılıq yolu keçdiyini söyləyib: “Bu cəhət, şübhəsiz ki, alimin elmi irsində təzahürünü tapmış, musiqinin ayrı-ayrı sahələrində maraqlı yeni əsərlər yaratmış, elmi araşdırmalarında gəldiyi doğru qənaətlər, fikir və müddəalar musiqi ictimaiyyətinin marağına səbəb olub. Görünür, burada İmruz xanımın boya - başa çatdığı mühit, uşaqlıqdan ətrafında eşidib - gördüyü xalq musiqi sənətinə məhəbbət müəyyən rol oynayıb”.

Daha sonra əməkdar müəllim, professor Səadət Seyidova söz alaraq professor İmruz Əfəndiyevanın ədəbi irsinin kifayət qədər zəngin olduğunu söyləyib: “İmruz xanım 300-dən artıq qəzet və jurnal məqaləsinin, populyar oçerklərin, tədqiqatların, kitab və monoqrafiyaların müəllifidir. “Üzeyir Hacıbəyov və xalq musiqisi”, “Musiqi pedaqogikası və ifaçılıq məsələləri”, “Azərbaycan milli musiqisinin tədqiqi problemləri”, “Bəstəkar və zaman”, “Fərhad Bədəlbəyli” (məqalələr, materiallar), “Azərbaycan musiqi pedaqogikası müasir mərhələdə : problemlər və axtarışlar” adlı məcmuələrdə İ.Əfəndiyeva redaksiya heyətinin üzvi kimi musiqi mədəniyyətində cərəyan edən ən müxtəlif təzahürlərin geniş şərhini verib. Tədqiqatçının parlaq ədəbi istedadı, asan qavranılan yazı üslubu özündə musiqi tarixi və nəzəriyyəsinin müxtəlif məsələlərinə dair ifadə sərrastlığı və doğruluğunu ehtiva edir. Bütün bunlar İ.Əfəndiyevanın tədqiqatlarının danılmaz məziyyətlərindəndir. Bu mənada İmruz xanım dahi Üzeyir Hacıbəylinin ənənələrini ləyaqətlə davam etdirir və öz yaradıcılığında dünya klassik musiqi mədəniyyətinin ənənələrini, Azərbaycan bəstəkarlarının yolunu işıqlandıraraq, çağdaş musiqi dilinin zənginliklərini, tükənməz milli musiqi xəzinəmizi tədqiq edir”.

Günel

 

 







11 Dekabr, 2014  09:00 Baxılıb: 1082 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner