Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

3 nazir TANAP-a həyat verdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya ilə imzalanan anlaşma memorandumunun TANAP-ın reallaşmasına təsir etməyəcəyini deyib.

Simsar.az-ın məlumatına görə, Çavuşoğlu Türkiyə üçün Transanadolu qaz kəməri lahiyəsini Rusiyanın birgə layihə barədə son təklifindən daha prioritet sayıb:

"Türkiyə Rusiya ilə anlaşma memorandumu imzalayıb. Lakin bu o demək deyil ki, TANAP arxa plana keçəcək".

Nazir qeyd edib ki, Rusiyanın təklifi Azərbaycan və Gürcüstan XİN rəhbərləri ilə görüşdə də müzakirə olunub: "Biz TANAP-ın Gürcüstan və Avropa üçün vacibliyini bilirik. Artıq layihə üçün boruları sifariş vermişik. Bu layihə neftin qiymətinin azalmasından asılı olmayacaq və başa çatdırılacaq. Biz hər yerdə TANAP-ın əhəmiyyətini qeyd edirik".

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, TANAP üzrə borular haqqında saziş bağlanılıb.

Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili isə bəyan edib ki, Gürcüstan Türkiyə tərəfindən TANAP layihəsinin vacibliyini eşitməyə şaddır: "Biz ümumi mənfəət naminə birgə işləyirik".






10 Dekabr, 2014  22:50 Baxılıb: 772 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner