Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA-da yeni konsepsiya hazırlandı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyev və institutun direktoru vəzifəsini icra edən, akademik İradə Hüseynovanın “Fotosintez, fototənəffüs və bitkilərin məhsuldarlığı yeni konsepsiyada” adlı məruzəsi dinlənilib.

AMEA İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə,  İ.Hüseynova   bildirib ki, işıqda bitkilərdə fotosintez prosesi (karbon qazının udulması və oksigenin ayrılması) ilə yanaşı, onunla sıx bağlı, lakin onun əksinə yönələn digər bir proses - karbon qazının ayrılması və oksigenin udulması ilə stimulə olunan fototənəffüs baş verir. Fototənəffüs prosesinin  kəşf edilmsindən 60 ilə yaxın vaxt keçməsinə baxmayaraq, onun fotosintezdə və bütövlükdə bitkilərin məhsuldarlığında rolu haqqında məlumatlar çox ziddiyyətli olub.

Fototənəffüsü uzun illər tədqiq edən alimlər onun əhəmiyyətini düzgün qiymətləndirməyərək, bu prosesi israfçılıq hesab ediblər. Müxtəlif tədqiqat qrupları mutasiyalar, ingibirləşmə, biokimyəvi yaxud genetik manipulyasiyalar yolu ilə fototənəffüsü azaltmaqla bitkilərin məhsuldarlığını artırmağa çalışıblar. Ancaq bu cəhdlər heç bir nəticə verməmişdir. Tarla şəraitində becərilən müxtəlif genotiplərdən istifadə etməklə aparılan çoxillik, məqsədyönlü və hərtərəfli təcrübələrdən alınan nəticələr bu ziddiyyətli problemin həllinə imkan yaradıb. Bu məqsədlə bir neçə min buğda genotipini əhatə edən unikal buğda genofondu yaradılmış, ən müasir avadanlıqlarla çoxsaylı kontrast buğda genotiplərində ontogenez zamanı qaz mübadiləsi, karbon metabolizmi və rubiloza-1,5-bisfosfatkarboksilaza/oksigenaza  fermentinin karboksilaza və oksigenaza aktivliləri təyin edilib.

Alınan nəticələr  fotosintez və fototənəffüsün intensivliyinin paralel dəyişməsini göstərib.

Müəyyən edilib ki, yüksək məhsuldar genotiplər fotosintez prosesinin yüksək intensivliyi ilə yanaşı, fototənəffüsün də yüksək kəmiyyətləri ilə xarakterizə olunur. Həmçinin qeyd olunub ki, dünya elmində bitkilərdə fototənəffüsün israfçılıq olması və məhsuldarlığı artırmaq üçün bu prosesi azaltmaq zərurəti ilə bağlı təsəvvürlərin əksinə olaraq, tarla şəraitində yetişdirilən kontrast buğda və soya genotipləri ilə aparılan  40 illik təcrübələrlə sübut edilib ki, fototənəffüs - təkamülün gedişində formalaşmış həyati əhəmiyyətli metabolik proseslərdən biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədilə müxtəlif yollarla onu azaltmaq cəhdləri tam əsassızdır. Bu nəticə Beynəlxalq Fotosintez konfranslarında (2011, 2013) və konqresdə (2013) plenar məruzə kimi təqdim olunmuş və  yüksək impakt-faktorlu “Physiol. Plantarum”,  “Advances in Biological Chemistry”  jurnallarında dərc edilib. Bu konsepsiyanın  öz əksini tapdığı məqalə (Aliyev J.A. Photosynthesis, photorespiration and productivity of wheat and soybean genotypes.  Physiol Plantarum, 2012, Vol. 145, No 3, p. 369-383) 2012-2013-cü illərdə fotosintez və fototənəffüs sahəsində çap olunan on minlərlə məqalələrdən seçilən top 20 siyahıda I yeri tutub.

 

Aysel







10 Dekabr, 2014  19:27 Baxılıb: 695 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner