Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Müğənni Nazənin İstanbulda ölümlə üz-üzə gəldi - VİDEO- FOTOLAR

Simsar.Az xəbər verir ki, tanınmış estrada müğənnisi Nazənin ötən həftə yaradıclığında yeniliklər etmək məqsədi ilə Tükiyədə səfərdə olub.  Qardaş ölkədə məhsuldar görüşlər keçirən müğənni, əsas istəyini oxucularımız üçün belə açıqladı: “Günlərdir instagramdakı profilimdə sürprizlərin  olacağından bəhs edən fotolar paylaşıram.  Artıq açıqlama etmək zamanıdır. Mən əsla öncədən vəd vermirəm. Həmişə iş gördükdən sonra pərəstişkarlarımı sevindirirəm. İstanbulda olmağımızın ən önəmli səbəbi  2015 -ci ilin mart ayında işıqüzü görəcəyi növbəti albomumla bağlı idi. Danışıqlar tam yekunlaşmadığından bütün detalları izah edə bilmərəm. Dinləyicilərimə deyirəm ki, bir az da səbrli olsunlar. Novruz bayramı ərəfində sevərək dinləyəcəkləri musiqi toplusunu onlara hədiyyə edəcəyəm”.

Nazənin xanım onu da əlavə etdi ki, Youtube kanalında ümumi baxışı 1 milyonu çoxdan keşmiş “Ay ürəyim” mahnısına da musiqi çarxı çəkdirib: “Bu mahnı mənim ifamda o, qədər sevildi ki, ona klip çəkdirməyi düşünmürdüm.  “Ay ürəyim”i ifa etdiyim verilişlərdəki çıxışlarım Youtube-a müxtəlif kanallar vasitəsi ilə günü bu gün də yüklənir.  Mahnıya ümumi baxış 1 milyonu çoxdan keçib. İllərdir mənə sadiq olan fanatlarım israrla mahnıya heç olmasa musiqi çarxı çəkdirməyi xahiş edirdilər. Sevənlərimin bu arzusunu nəzərə alıb, İstanbulda yaşayan klipmeyker dostumuz Zöhrab Ağayevlə məsləhətləşdik və kamera qarşısına keçməyə qərar verdim. Bu mənim Zöhrabla  ilk işim deyil. O,  çəkiliş meydançasında məni ən yaxşı başa düşən rejissordur.

Sırf  bu səbəbdən “Ay ürəyim”ə  ekran həyatı verməyi ona həvalə etdim. Hazırda montaj işləri gedən klipdə bəzi kadrlarda prodüserim Pərvizi də aktyor kimi görəcəksiniz. Təşəkkürlərim həm də stilist-vizajist Pərviz Mirzəyevin ünvanınadır. Sağ olsun dost kimi komandamıza qoşuldu”.

Müğənni klip çəkilişləri zamanı təhlükəli anlar yaşayıb: “Əsas çəkilişlər Boğaz körpüsünün altında üzən yaxtalardan birində  baş tutub. Kirayələdiyimiz gəmidə Zöhrab kadrların daha mükəmməl olması üçün məndən fədakarlıq etməyimi istəyirdi. Düşünün, sürətlə üzən yaxtanın ən üst yerində mahnını ayaqüstə dayanıb oxumağım lazım idi.  Səhnə libasında olduğumdan  soyuq bütün bədənimi titrədirdi.Ayaqüstə dayanmaqdan başqa yolum qalmadığını anladım və gəminin ən üst yerinə qalxmışdım ki, güclü külək məni yerə yıxdı.  Təsəvvür edin dənizə düşsəydim, elə o, an ürəyim dayanardı.  Qurban olum Allaha məni övladlarıma bağışladı. Bu səhnələrin klipdə yer almasını qətiyyən istəmirəm. Amma əminəm ki, “Ay ürəyim”hitinə ikinci həyat verəcək ekran işi təqdim olunanda tamaşaçıların müsbət fikirləri ilə qarşılacağam”.

Rejissor Zöhrab Ağayev də bizimlə söhbətində Nazənin xanımla işbirliyindən məmnuqluqla danışdı: “Nazənin xanıma olan hörmətim sözlərlə izah olunmayacaq qədərdir. Çəkilişlərdən çox razı qaldım. Azərbaycan jurnalitlərinin “klipi neçəyə çəkdiniz” sualını özüm cavablandırıram. Bizim dost münasibətlərimizdə madiyyat rol oynamır. “Ay ürəyim” mənim sevimli mahnımdır. Nazənin xanım qonorarımı artıqlaması ilə verib.  Ən qısa zamanda tamaşaçılar izləyə biləcəklər”.

Oxucularımıza çəkiliş meydançasında lentə alınan fotoları və “Ay ürəyim” mahnısının linklərindən birini təqdim edirik.

Qeyd edək ki, “Ay ürəyim”in söz və musiqisi Sevinc Mansurova, klipin operatoru Yusuf Karakayadır.

Simsar.Az

Fotolar: Şahin Cavadsoy

 

 






10 Dekabr, 2014  16:59 Baxılıb: 8417 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner