Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Nazir gürcü həmkarı ilə görüşdü

Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası xarici işlər nazirlərinin dekarın onunda Qars şəhərində keçirilən üçtərəfli iclasında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarov Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili ilə görüşüb.

XİN-dən Simsar.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə inkişaf edən əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə olunub.

Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərin və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələrinin regionda əməkdaşlığın, sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətini vurğulanıb.

Həmçinin, üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanıb.

Görüşdə eləcə də regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Hüseyn İbadlı







10 Dekabr, 2014  15:48 Baxılıb: 726 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner