Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Putin Rusiyada “Forex”i bağlatdırdı – ABŞ-la vəziyyət pik həddə

Dünyanın tanınmış birja şəbəkəsi olan “Forex”şirkətinin Rusiyadakı nümayəndəliyi fəaliyyətini dayandırdı.

Simsar.az-ın məlumatına görə, şirkətin Rusiya ofisinin direktoru Roman Komısan açıqlamasında bildirib ki, təmsil etdiyi müəssisə bir neçə ay ərzində heç bir gəlir əldə etməyib, büdcədəki vəsait  bitdiyinə görə də texniki, maliyyə və müştəriyə dəstək şöbələrini pulla təmin etmək mümkün olmayıb: “Faktiki olaraq “Denqi Onlayn” kimi şirkətlər müştərilərimizin pullarını oğurlamaqla işimizə maneə törədirlər”.

R. Komısan müştərilərə müraciətində həmçinin bəyan edib ki, onlar öz fəaliyyətlərini şirkətə qarşı PR hücumu təşkil edən üçüncü tərəfin cinayət hadisəsi və onların şirkət üzərindən çirkin işlərini davam etdirmələrinə görə dayandırırlar.

O bildirib ki, bizim əlimizdə müştərilərin əmanətlərinin olduğunu təsdiq edən məlumatlar və sənədlər var: “Bizim üçün bir həqiqət var ki, biz qanunu pozmamışıq, zamanla hər şey yerinə düşəcək və hər kəs işlərin əslində necə olduğunu görəcək”.

R. Komısan müraciətinin sonunda müştərilərə üzr istədiyini və işlərin belə gətirməsinə görə dərin təəssüf hissi keçirdiyini də vurğulayıb.

Qeyd edək ki, Forex MMCİS Group ABŞ tərəfindən idarə olunan dünyanın məşhur onlayn maliyyə bazarıdır. Son zamanlar Rusiya-ABŞ münasibətlərindəki dəyişikliklər heç şübhəsiz ki, “Forex”dən də yan keçməyib. Görünür ki, Vladimir Putin hökuməti də ABŞ-a qarşı hər tərəfli sanksiyalar yeritməyi qarşıya məqsəd qoyub. Bu mənada ABŞ-a bağlı şəbəkənin Rusiyada fəaliyyətinin dayandırması da bununla izah oluna bilər.

Nuranə Novruz

 

 







10 Dekabr, 2014  15:25 Baxılıb: 1000 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner