Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Türkiyənin media rəhbərləri Azərbaycana gəlir

Azərbaycan media sektoruna təcrübə vermək və iki ölkə arasında  münasibətlərinin inkişaf etdirilməsinə yönəlmiş prosesləri dəstəkləmək məqsədilə yaradılan Türkiyə-Azərbaycan Media Münasibətləri Layihəsi çərçivəsində (TAMEP) Bakıda beynəlxalq konfrans keçiriləcək.

Türkiyənin Azərbaycandakı səfirliyindən Simsar.az-a verilən məlumata görə, səfirliyin Mətbuat Xidməti , TİKA Bakı Proqram Əlaqələndirici Təşkilatı, Azərbaycan Mətbuat Şurası (AMŞ), Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, (KİVDF) TRT Bakı Nümayəndəliyi və Anadolu Gentliyinin Bakı Nümayəndəliyinin təşkilatçılığı ilə dekabrın 11-də, Beynəlxalq Mətbuat Mərkəzində “Türkiyə və Azərbaycan Mediası: Tarixi Müqayisələr və Ənənəvi Mediadan İnternet Mediasına Keçid” mövzusunda keçiriləcək beynəlxalq konfransda Türkiyədən TRT Rəhbəri Şenol GÖYƏ, Anadolu Agentliyinin baş direktor Müavini Əbubəkr ŞAHİN, Ankara Qazi Universiteti Ünsiyyət Fakültəsi dekanı Prof. Dr. Zakir AVŞAR və xəbər7.com baş redaktoru İbrahim Ərdoğan iştirak edəcəklər.

Səfər çərçivəsində Bakı Dövlət Universiteti və Slavyan Universitetinin Kommunikasiya Fakültəsi tələbələri üçün seminar keçiriləcək. Gəmçinin Qubadaki "Soyqırım Abidəsi" ziyarət ediləcək.

Hüseyn İbadlı







10 Dekabr, 2014  14:34 Baxılıb: 792 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner