Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nazir Sabirabad sakinlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşləri davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Sabirabad şəhərində Sabirabad, Ağcabədi, Beyləqan, Saatlı, İmişli, Cəbrayıl, Füzuli, Xocavənd və Laçın rayonlarından vətəndaşları qəbul edib.

Bu barədə Simsar.az-a nazirliyin mətbuat xidmtindən məlumat verilib. Məlumatda qeyd edilib ki, nazir əvvəlcə ümummilli lider Heydər Əliyevin Sabirabad rayonunun mərkəzində yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub. Əbülfəs Qarayev daha sonra Sabirabad rayon Mədəniyyət sarayının yeni inşa olunan binasında son tamamlama işləri ilə maraqlanıb, müvafiq tapşırıqlarını verib.

Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbula Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt: 147) vasitəsilə, eləcə də müvafiq şəhər-rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə 40-dan çox vətəndaş yazılmışdı. Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşların müxtəlif məsələlərə dair xahiş və təklifləri səsləndirilib. Müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni irsin qorunması, xalq yaradıcılığının təbliği, uşaq incəsənət və musiqi məktəblərində yeni şöbələrin açılması və digər məsələlərlə bağlı olub.

Sabirabad rayonunda xalq teatrının əlillərdən ibarət qrupun hazırladığı tamaşaların ölkə səviyyəsində keçirilən tədbirlərdə nümayişinin təşkil olunmasına köməklik göstərilməsi, Füzuli rayonunun işğaldan azad olmuş kəndlərinin birində Xalq yazıçısı İlyas Əfəndiyevin ev-muzeyinin açılması, Beyləqan rayonu ərazisindəki dünya əhəmiyyətli arxeoloji abidə olan Örənqala yaşayış yerinin mühafizə olunması, Füzuli rayonu ərazisində yerləşən XIII əsrə aid Şeyx Babı Yaqub türbəsinin bərpasının ikinci mərhələsinin başlanması, Horadiz şəhərində mərkəzi kitabxana üçün binanın tikilməsi, Ağcabədi rayonunda Hindarxı qəsəbə uşaq musiqi məktəbinin əsaslı təmiri və əlavə sinif otaqlarının tikilməsinə yardım göstərilməsi və s. məsələlərlə bağlı xahişlər olunub.

Nazir qəbuldan sonra jurnalistlərə müsahibəsində bildirib ki, ölkə Prezidentinin göstərişinə əsasən yerlərdə vətəndaşlarla keçirilən belə görüşlər mövcud problemlərin öyrənilməsi və həlli baxımdan mühüm önəm daşıyır. Nazir edilən bütün müraciətlərin nəzərdən keçiriləcəyini, qaldırılan məsələlərin həlli istiqamətində tədbirlərin görüləcəyini bildirib. O, həmçinin bəzi vətəndaşların sosial məsələlərlə bağlı xahişlərinin də diqqətdə saxlanılacağını qeyd edib.

Qəbul başa çatdıqdan sonra Heydər Əliyev Mərkəzində nazir Əbülfəs Qarayevin, nazirliyin məsul işçilərinin, bölgənin mədəniyyət və turizm müəssisləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Günel







10 Dekabr, 2014  14:13 Baxılıb: 1028 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner