Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Bir ildə Aralıq dənizində 3,5 min miqrant batıb

2014-cü ilin yanvarından Şimali Afrika ölkələrindən ən azı 3419 insan Aralıq dənizindən Avropa ərazisinə qeyri-leqal yolla keçməyə cəhd edərkən həlak olub. Trend xəbər verir ki, bu barədə “Frans Press” BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının İdarəsinə istinadən məlumat yayıb.

Bu il 207 mindən çox miqrant Aralıq dənizini keçməyə cəhd göstərib ki, bu da “ərəb baharı” səbəbindən 70 mindən artıq insanın öz evini tərk etməyə məcbur olduğu 2011-ci ildə qeydə alınan ən yüksək göstəricidən 3 dəfə çoxdur.

BMT-nin məlumatına görə, qaçqınların ümumi sayının 1/3-dən çoxunu (təxminən 60 min) 2011-ci ilin martından vətəndaş müharibəsinin getdiyi Suriya vətəndaşları təşkil edir.

Qanunsuz miqrasiya problemi son illər Avropa İttifaqı (Aİ) ölkələri üçün olduqca kəskin problemə çevrilib. 2010-cu ildə afrikalı miqrantların Aİ-yə doğru yolunda əsas məntəqə olan Liviya qeyri-leqal miqrasiyanı qanunla cinayətlər sırasına daxil edib. Məhz Liviyanın geniş Aralıq dənizi sərhədi hər il Avropa ölkələrinə hücum edən, iş və daha yaxşı həyat axtarışında olan minlərlə qanunsuz miqrant üçün yollanma nöqtəsidir.






10 Dekabr, 2014  13:49 Baxılıb: 741 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner