Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xalça Muzeyində 3 günlük mühazirə kursuna start verildi

Dekabrın 10-dan 12-nə kimi  Azərbaycan Xalça Muzeyində “Azərbaycan xalçasına Qərb yanaşması"adlı 3 günlük mühazirə kursu keçiriləcək.

Simsar.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunur və Qərb tədqiqatçılarının xalçaların öyrənilməsinə olan yanaşmasının əsas tezislərini üzə çıxarır.

Mühazirə kursu əsasən Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Azərbaycan Tarix Muzeyi eləcə də, 3 ali məktəb - Turizm İnstitutu, Rəssamlıq Akademiyası, Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri və tələbələri, toxuculuq ya xalça ornamentləri ilə işləyən mütəxəssislər, dizaynerlər rəssamlar üçün nəzərdə tutulub.

Məxsusi olaraq Azərbaycan auditoriyası üçün təşkil olunmuş mühazirə kursunu Florensiyadan olan xalçalar üzrə mütəxəssis, beynəlxalq İCOC (İnternational Conference On Oriental Carpets) təşkilatının Akademik komitəsinin sədri Alberto Boralevi və Əsli Səmədova aparır.

Alberto Boralevi 30 ildən artıq müddətdir ki, Azərbaycan Xalça Muzeyi ilə əməkdaşlıq edir. O, mütəmadi olaraq muzeyə ziyarət etmiş Azərbaycan xalçasının Beynəlxalq miqyasda təbliği ilə məşğul olub.

Alberto Boralevi 1983, 2003 və 2007-ci illərdə Azərbaycan Xalça Muzeyinin təşkil etdiyi Azərbaycan xalçası üzrə Beynəlxalq simpoziumların iştirakçısıdır. 2012 və 2013- cü illərdə onun səyləri sayəsində Azərbaycan Xalça Muzeyinin kolleksiyası 4 nadir Azərbaycan xalçası ilə zənginləşib. Onlardan biri XVII əsrə aid olan Qarabağın unikal "Əjdahalı" xalçasıdır. 2013- cü ildə məhz onun təşkilatçılığı ilə Azərbaycanın aparıcı sənət sahələrinin beşiyi sayılan Qəbələ, Şamaxı və Şəkidə beynəlxalq xalça turu keçirilib.

Mühazirəçilər öz yanaşmasında nəzəriyyə və təcrübənin bir araya gətirmişlər. Mühazirələrin mövzusu xalça tarixinə qısa nəzər, onun müəyyənləşdirilməsi üçün vacib olan əsas texniki göstəricilər Azərbaycan xalçalarının naxışları, Qərb və Azərbaycan tədqiqatçılarının xalçaların təsnif etmələrində fərqləri, muzeyşünaslıq məsələləridir (aparacı muzeylərin daimi ekspozisiyaları, müvəqqəti sərgilər və bunların muzeylərin inkişafındakı əhəmiyyəti).

Bu təşəbbüs dekorativ-tətbiqi sənət sahəsindəki beynəlxalq əlaqələrin və muzeyşünaslığın inkişafı üçün növbəti lahiyələrin keçirilməsində mühüm əhəmiyyət kəsb edir.

Günel







10 Dekabr, 2014  13:10 Baxılıb: 913 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner