Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dünyanın hərbiləşdirilmiş ölkələri arasında neçənciyik? - STATİSTİKA

Qlobal hərbiləşdirmə indeksinə görə Azərbaycan dünya reytinqində 10-cu yeri tutur. Simsar.az xəbər verir ki, bu barədə Bonnda Beynəlxalq Konversiya İnstitutu (BICC) tərəfindən keçirilən Qlobal Hərbiləşdirmə İndeksinin (Global Militarization Index 2013) son tədqiqatında deyilir.

Ötən il Azərbaycan reytinqdə 8-ci yeri tutub.

Müəlliflər bu cür tədqiqatları 1990-cı ildən başlayaraq, hər il aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclər, həmin sahədə çalışan insanların ümumi əhaliyə nisbətdə sayı, eləcə də əhaliyə nisbətdə ölkədə ağır silahların miqdarı kimi bir sıra parametrlər üzrə dünyanın 150 ölkəsini qiymətləndirirlər.

Hesabat Stokholm Dünya Problemlərinin Tədqiqat İnstitutu (SDPTİ), Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BICC məlumatları əsasında tərtib olunur.

"Global Militarization Index" reytinqində ilk üç yeri İsrail, Sinqapur və Ermənistan tutur. Sihayıda 4-cü yerdə Suriya, 5-ci yerdə - Rusiya qərarlaşıb.

Tədqiqatların müəllifləri Qafqazda hərbi potensialın sürətlə artırılmasını Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqələndirirlər.






10 Dekabr, 2014  13:04 Baxılıb: 617 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner