Azərbaycan Qazaxıstana dizel yanacağı tədarük etməyə hazırdır.
Simsar.az xəbər verir ki, bunu Qazaxıstanın “KazTaq” İnformasiya agentliyinə müsahibəsində Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov deyib.
Səfir əlavə edib ki, Qazaxıstana dizel yanacağı və sürtgü yağlarının ixrac edilməsi üçün Azərbaycanın böyük imkanları var.