Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qubad İbadoğlunun komandası geri çəkildi - AÇIQLAMA

“Mən partiya maraqlarını həmişə şəxsi və qrup maraqlarından üstün tutmuşam və bundan sonra da həmin prinsiplə Müsavat Partiyasında fəaliyyətimi davam etdirəcəyəm”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd, növbədənkənar qurultayın çağırılması məqsədilə yaradılan Təşəbbüs Qrupunun rəhbəri Qubad İbadoğlu deyib.

Q. İbadoğlu bildirib ki, Müsavatda növbədənkənar qurultayın çağırılması ilə bağlı qarşıya qoyulan hədəf dəyişməyib: “Hədəfimiz dəyişməyib, amma hədəfə nəyin bahasına olursa olsun, çatmaq niyyətində də deyiləm”.

Q. İbadoğlu Müsavatın son qurultayında baş verən pozuntularla bağlı Ədliyyə Nazirliyinə müraciət etmədiyini də vurğulayıb: “Mən Ədliyyə Nazirliyinə heç bir müraciət etməmişəm və ümumiyyətlə, bu fikirdə olmamışam. Ədliyyə Nazirliyinin qurultayın nəticələrinə müsbət münasibət bildirməsində maraqlıyam”.

Q. İbadoğlu təsis etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis yığıncağına hazırlaşdıqlarını açıqlayıb: “Hazırda təsis yığıncağının çağırılması məqsədilə Təşkilat Komitəsini formalaşdırırıq. Təsis yığıncağının vaxtı barədə qərarı Təşkilat Komitəsi verəcək, Təşəbbüs Qrupu hərəkatın Nizamnaməsi və Fəaliyyət Proqramı üzərində işləyir, planlaşdırırıq ki, təsis yığıncağına tələb olunan sənədlər paketi ilə gedək və həmin sənədləri qəbul edəndən sonra fəaliyyətimizi proqram əsasında davam etdirək”.

 






10 Dekabr, 2014  12:20 Baxılıb: 742 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner