Türkiyənin cənubunda yerləşən Mersin vilayətində Livana və Şimali Kipr Türk Respublikasına dəniz reysləri ləğv olunub. Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata görə, buna səbəb Aralıq dənizindəki fırtına olub.
Əsasən dekabrın 10-na planlaşdırılan reyslər ləğv olunub. Onların hansı günlərə keçirilməsi barədə məlumat verilmir.