Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

120 tələbə “Sabah”a əlavə yerləşdiriləcək

“Sabah” qruplarına 8 ixtisas üzrə əlavə tələbə qəbulu keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, tarix, tarix müəllimliyi, coğrafiya, coğrafiya müəllimliyi, ibtidai sinif müəllimliyi, kompüter mühəndisliyi, inşaat mühəndisliyi və nəqliyyat tikintisi ixtisasları üzrə əlavə qəbula düşmək istəyən tələbələr müsahibədən keçməlidirlər. Müsahibəyə ötən 2 semestrdə 61-dən yuxarı bal toplayan və heç bir akademik kəsri olmayan II kurs tələbələri buraxılacaq.

Ümumilikdə, qeyd olunan ixtisaslar üzrə 100-120 tələbənin SABAH qruplarına əlavə yerləşdirilməsi nəzərdə tutulur. Onlar növbəti semestrdən etibarən təhsilini SABAH qruplarında davam etdirəcəklər.

Qeyd edək ki, hazırda bu qruplarda 688 tələbə təhsil alır. Onlar 33 ixtisas üzrə 7 ali təhsil müəssisəsinə yerləşdiriliblər. Tələbələrdən 200-ə yaxını SABAH yataqxanasında qalırlar.

Aysel Kərimova

 






10 Dekabr, 2014  11:35 Baxılıb: 638 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner