Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Səhnəmizin bənzərsiz Ərəbzəngisi Gülxar Həsənova

Adını Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazdıran, səhnəmizin unudulmaz Leylisi və Ərəbəzəngisi Gülxar Həsənovanın doğum günüdür.

Uca boyu, səhnədən yaraşıqlı görünən qədd-qaməti, soprano   səsinin sanki nəhayətsiz zəngulələri ilə opera solistləri arasında layiqli yer tutub.

Gülxar İbrahim qızı  Həsənova (Sultanova)10 dekabr 1918-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olub.   Oxumağa  məktəb  yaşlarından  başlayıb.Bakı Tibb Məktəbində  (1934)  təhsil  alıb  və  oranın  dram dərnəyində  çalışıb.  Bakı  Teatr  Məktəbində  aktyorluq  ixtisasma  yiyələnib  (1936-1939). Bir  müddət GTT-də  aktrisalıq edib.

Səhnədə yaratdığı obrazlarla diqqəti cəlb edən Gülxar Həsənova dahi Üzeyir bəyin də gözündən yayınmır. Tamaşaların birində gənc aktrisanın çıxışını diqqətlə izləyən Üzeyir bəy onun məlahətli səsini yüksək qiymətləndirir və Opera və Balet Teatrında çalışmasını tövsiyə edir.

Tamaşalarda  müğənnilik məharətini  nümayiş  etdirən  aktrisa 1942-ci  ildə ADOBT-ə   dəvət alıb. Uzun  illər teatrın solisti olan sənətkar 1980-ci ildən   kollektivin   opera truppasında məşqçi-pedaqoq kimi fəaliyyət göstərir. .

Gülxar Həsənova müxtəlif rejissorların üslub baxımından ayrı-ayrı quruluşlarında "Leyli və Məcnun" (Leyli və Leylinin anası), "Əsli və Kərəm" (Əsli), "Koroğlu" (Xanəndə qız), "Aşıq Qərib" (Şahsənəm),  "Şah  İsmayıl" (Ərəb Zəngi), "Bahadır və Sona" (Təravət xanım),  "Azad" (İranlı qız),"Gəlin qayası" (Camalın anası) operalarında,  "Arşın mal alan" (Gülçöhrə,  Telli  və  Cahan  xala), "Durna" (Lalə) operettalarında çıxış edib. Bu obrazların hər birinə öz möhürünü vuran sənətkar bütün obrazlarını sevə-sevə yaradıb. Amma Gülxar xanım özü də etiraf edib ki, onun yaradıcılığında iki obraz: Leyli və rəbzəngi xüsusi yer tutur.

1941-1945-ci illərin müharibə dövrü sənətçilər üçün ağır, məşəqqətli zaman idi. Üzeyir bəyin təşəbbüsü ilə sənətçilər tez-tez cəbhə bölgələrində konsertlər verirdi. Sonralar Gülxar xanım xatirələrini bölüşərkən o dövrü belə qeyd edib: “Üzeyir bəy elə bir şərait yaratmışdı ki, səhnə də bizim üçün bir cəbhəyə çevrilmişdi. Yadımdadır ki, 1943-cü il idi. Mən Əlövsət Sadıqovla “Leyli və Məcnun” operasını oynamalı idim. Tamaşadan əvvəl acı bir xəbər eşitdim. Cəbhədən qardaşımın qara kağızı gəlmişdi. Mənimlə bərabər bütün yoldaşlarım da sarsıldılar.Onlar elə bildilər ki, tamaşa təxirə düşəcək. Amma, yox, elə olmadı. Mən özümdə güc toplayıb həmin gün tamaşanı oynadım. Bəlkə əvvəlkilərdən daha dayaxşı. Çünki mənim həyatdakı acılarım Leylinin kədərli taleyi ilə üst-üstə düşürdü. Bu qəm-kədər yaxınlığı məni Leyli obrazı ilə daha da doğmalaşdırırdı. O, illərdə tez-tez Ərəbzəngi rolunda da çıxış edirdim. Yaşadığım mübarizə hissini, düşmənə qalib gəlmək arzusunu sanki bu obrazın vasitəsi ilə ifadə etməyə çalışırdım. Ərəbzəngi öz qəhrəmanlıq çalarları ilə tam mənim düşüncələrimlə səsləşirdi. Odur ki, bu iki obraz mənə çox doğmadır. Əslində isə mənə daha doğma olan səhnədir ki, məhz orada öz hiss və həyəcanımı, düşüncələrimi, bir sözlə yaşantılarımı yaşamışam”.

Uzun illər Gülxar xanımla tərəf-müqabil olmuş Xalq artisti Canəli Əkbərov Gülxar xanım haqqında bu sözləri deyir: “O nümunəvi bir sənətkar idi. Xoşbəxtəm ki, belə bir sənətkarla bir yerdə çalışmaq mənə də nəsib olub. M. Maqomayevin “Şah İsmayıl” operasında mən Şah İsmayılı i, isə Ərəbzəngini oynamışdı. Gülxar xanım bu obrazı o qədər canlı ifa edirdi ki, bəzən mən səhnədə olduğumu unudub onun sənətinin sehrinə düşürdüm. Açığını deyim ki, doğrudan da hələ ki Gülxar xanımı xatırladan Ərəbzəngi yoxdur”.

Simsar.az







10 Dekabr, 2014  11:20 Baxılıb: 1727 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner