Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Asiya Parlamentinin prezidenti ilə görüşdü

Millət vəkili Asiya Parlament Assambleyasını və sədrini Ermənistana daha sərt təzyiqlərə çağırıb.

Asiya Parlament Assambleyasının son günündə millət vəkili Qənirə Paşayeva çıxış edərək təşkilatı və onun sədrini Ermənistana qarşı daha sərt təzyiqlərə və azərbaycanlı girovların azadlığı istiqamətində bir sədr kimi addımlar atmağa çağırıb. Ermənistanın apardığı etnik təmizləmə siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqıırmlar, vandalizm aktları, tarixi, mədən, dini abidələri, qəbirstanlıqları dağıtması, 1 milyon azərbaycanlı qaçqın və məcburi azərbaycanlı köçkünün evinə dönməsinə imkan verməməsi, əsir və girovlara qarşı törətdikləri vandalizm aktları və bu gün də iki azərbaycanlını Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam etmələri kimi qeyri-insani əməllərdən danışan millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyasını və təşkilatın sədri S.N.H.Bokharini Qarabağ problemi ilə bağlı Ermənistana qarşı sərt addımlar atmağa,  təzyiqlər göstərməyə və girovların azad edilməsi üçün lazımı dəstəyi əsirgəməməyə çağırıb. Millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyası Prezidentinə tanınmış modelyer Gülnarə Xəlilovanın hazırladığı Azərbaycan Milli Kişi Geyimini və Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ və Xocal Soyqırımı həqiqətlərini özündə əks etdirən kitab, film və materialları hədiyyə edib və Asiya Parlament Assambleyasının rəhbəri ilə fikir mübadiləsi zamanı ona Azərbaycanın inkişafı, görülən işlərlər bağlı geniş məlumatlar verib.  Təşkilat ilə Azərbaycan arasında əməkdaşlığın getdikcə daha da genişlənməsindən məmnun olduğunu deyən Asiya Parlament Assambleyasının prezidenti S.N.H.Bokhari bildirib ki, Azərbaycanın ərazi bütövlüyü, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını təcili azad etməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin təcili öz evlərinə dönməsinə imkan verilməsi, azərbaycanlı girovların azad edilməsi məsələsində hər zaman Azərbaycanın yanındayıq və beynəlxalq normalara əsaslanan bu prinsipial mövqe hər zaman davam edəcək və dəyişməyəcək. Görüşdə Asiya Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi ilə bağlı fikir mübadiləsi da aparılıb.







10 Dekabr, 2014  10:03 Baxılıb: 801 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner