Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Yalnız 10-12 faiz məhkum işlə təmin olunub” - Vüqar Məhərrəmov

“Məhkumlar arasında mübahisələr məişət zəminində baş  verir”

“Məhkumların hüquqlarının qorunması sahəsində müvafiq qanunvericilik aktları var. Eyni zamnda Azərbaycan məhkumların hüquqlarının qorunmasını təmin etmək üçün beynəlxalq konvensiyalara da qoşulub”.

Bunu Simsar.az-a açıqlama Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov deyib.

O bildirib ki, ilk olaraq, sovet dövründə məhkumun səsvermə hüququ yox idisə, hazırda onlar bu səsvermmə hüququndan rahat şəkildə istifadə edə bilirlər:

“Dövlət məhkumun ancaq azadlıq hüququnu məhdudlaşdırmalı digərlərindən istifadə etmək üçün şərait  yaratmalıdır”.

V. Məhərrəmov əlavə edib ki, cəzaçəkmə müəssisələrində məhkumlar üçün iş yerləri açılsa da, bu bütün məhkumları təmin etmir: “Çünki həbsaxanalarda iş yerləri kifayət qədər olmadığından digər məhkumlar bu hüquqlarından yaralana bilmirlər. Ən yaxşı halda məhkumların işlə təmin olunması 10-12 faiz arasında səciyyələnir”.

Məhkumların saxlanma şəraitinə gəldikdə isə V. Məhərrəmov onlar üçün hər cür şəraitin yaradıldığını bildirib.

Onun sözlərinə görə, bəzi hallarda məhkumlar arasında məişət zəminində mübahisələr baş verir: “Bu zaman bir  məhkumun digərinə təsir etmə imkanı artır. Amma, bütün hallarda müəssisələrdə işləyən nəzarətçilər qanunvericilik çərçivəsində yaranmış münaqişlərə diqqət etməlidir. Bu cür hallar baş verdikdə həmin məhkumlar daxili intizam qaydalarını pozduqlarına görə, müəssisənin rəhbərinin araşdırmasından sonra cəzalandırıla bilərlər”

O, cəzalar haqqında da danışıb: “Cəzalara isə cərimə təcridxanasına salınma, qapalı otağa keçirtmə, xəbərdarlıq edilmə daxildir. Mübahisə zamanı cinayət tərkibli vəziyyət meydana gələrsə, hadisə müvafiq istintaq orqanına təhvil verilir və məhkum barəsində yeni istintaq aparılır. Bundan sonra cəzasının üzərinə məhkəmənin qərarı ilə yeni cəza gələ bilər”.

Aysel Kərimova







10 Dekabr, 2014  10:30 Baxılıb: 1011 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner