Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ermənistan - kabuslar ölkəsi

Enerji və nəqliyyat təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş iqtisadi əlaqələr və birgə layihələrin reallaşdırılması hazırda Cənubi Qafqaz ölkələri və Türkiyə arasında əməkdaşlığın prioritetidir. Lakin Ermənistanın böyük bədbəxtçiliyi səbəbindən bütün Cənubi Qafqaz deyil...

Azərbaycan, Gürcüstan və Türkiyə bu ölkələrin inkişafına xidmət edən strateji əlaqələr qurublar. Bunun daha bir təsdiqi dekabrın 10-da Türkiyənin Qars şəhərində keçiriləcək bu ölkələrin xarici işlər nazirlərinin ənənəvi (dördüncü) üçtərəfli görüşüdür.

Görüş çərçivəsində siyasi məsələlərlə yanaşı, tərəflərin nəqliyyat və enerji sahələrində reallaşdırdıqları layihələrin də müzakirə olunacağı gözlənilir. Müzakirələrin əsas mövzularından biri şübhəsiz ki, Transanadolu (TANAP) qaz kəməri və Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu dəhlizi kimi layihələr olacaq.

Rusiya və Türkiyə arasında ikitərəfli əlaqələrin fəallaşması şəraitində bu layihələr Azərbaycanın daha yaxından diqqətini tələb edir.

Hazırda Türkiyə Rusiyaya alternativ olan enerji və nəqliyyat marşrutunun bir hissəsidir. Bu statusun qorunması Bakıya və Moskva ilə çox gərgin münasibətləri olan Tbilisiyə sərf edir.

Bu görüş faktiki olaraq, başa çatmaqda olan il ərəfəsində "saatların tutuşdurulması"ndan başqa, Türkiyənin bünövrəsi qoyulmuş layihələrin reallaşdırılmasına və nəzərdə tutulan on milyardlarla dollarlıq investisiyaların təhlükəsizlik prinsipinə sadiqliyini təsdiq etmək məqsədini qarşıya qoyur.

Hər iki layihə - "Cənub Qaz Dəhlizi" və BTQ - Ermənistanın təcavüzü nəticəsində blokadada olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsi baxımından Azərbaycan üçün vacibdir. Bu layihələr sayəsində Naxçıvanla dəmiryol əlaqəsinin açılması və qaz tədarükləri həyata keçirmək planlaşdırılır.

Hər üç ölkənin coğrafi mövqelərini nəzərə alaraq, əminliklə demək olar ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq strateji xarakter daşıyır. Müvafiq olaraq, ölkələr tərəfindən reallaşdırılan layihələr də mühüm əhəmiyyət kəsb edir.

Təəssüf ki, bu layihələr həmişə adekvat qiymətləndirilmir. Bəzi beynəlxalq və demək olar, bütün Ermənistan KİV-ləri Azərbaycan, Gürcüstan və Türkiyə ittifaqının Ermənistana qarşı yönəldiyi barədə yazır.

Həqiqətdə isə Ermənistanın xarici siyasəti ona gətirib çıxartdı ki, bu ölkə Yerevanın heç cür cəlb olunmadığı dünya əhəmiyyətli böyük iqtisadi layihələr şəbəkəsi ilə əhatə olunub.

Azərbaycan torpaqlarının işğalı, Türkiyəyə qarşı qondarma "soyqırım" iddiaları, hətta Gürcüstana qarşı ərazi iddiası Ermənistanı regiondan kənarlaşdırıb. Aparılan siyasət sayəsində Ermənistan kabuslar ölkəsinə çevrilir.

Trend






10 Dekabr, 2014  09:00 Baxılıb: 818 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner