Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dünya İnsan Hüquqları gününü qeyd edir

Simsar.az-ın məlumatına görə, bu tarix bütün dünyada 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbul edilməsindən sonra qeyd edilir.

Simsar.az-ın məlumatına görə, BMT Baş katibi Pan Gi Munun Ümumdünya İnsan Hüquqları günü münasibətlə builki müraciətində BMT Baş Assambleyasının İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin zəmanəmizdəki əhəmiyyəti bir daha vurğulanır. Bildirilir ki, Bəyannamə ilə qorunan ədalət, ləyaqət, bərabərlik, iştirak tələbləri dünyanın hər yerində insanları səfərbər edir. Müraciətdə indiyədək bu sahədə əldə olunan nailiyyətlərdən güc alaraq, yeni demokratik dəyişikliklərin həyata keçirilməsi, müharibə cinayətləri və insanlığa qarşı cinayət törədənlərin məsuliyyətə cəlb edilməsini təmin etmək üçün yeni addımların atılması, insan hüquqları haqqında yeni və daimi təbliğata başlanmasının zəruriliyi vurğulanır.

Azərbaycan da öz müstəqilliyinə nail olduqdan sonra insan haqlarının qorunması istiqamətində bir sıra ciddi addımlar atıb. Ölkəmiz bununla bağlı beynəlxalq konvensiyalara qoşulub, insan hüquqları ilə bağlı bütün sahələrdə islahatlar həyata keçirilib.


Simsar.az







10 Dekabr, 2014  08:45 Baxılıb: 658 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner