Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dini Komitə Pakistanda konfrans və sərgi keçirdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Pakistan Strateji Tədqiqatlar İnstitunun (PSTİ) təçkilatçılığı və Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə İslamabad şəhərində “Dini tolerantlığın gücləndirilmısi və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib.

Simsar.az xəbər verir ki, konfransı giriş sözü ilə PSTİ-nin sədri, səfir Xalid Mahmud açıb. O, iki ölkənin tolerantlığın gücləndirilməsi istiqamətində təcrübəsinin öyrənilməsi baxımından bu konfransın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Konfansda çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov Azərbaycan hökumətinin ölkədə dini tolerantlığın qorunması və radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi siyasətdən danışıb. O qeyd edib ki, ölkəmizin uğurlu sosial-iqtisadi inkişafının təmin edilməsi cəmiyyətin problemlərinin həlli istiqamətində atılmış mühüm addımlar, dini maarifləndirmə işinin gücləndirilməsi və gənclərlə iş, həmçinin müxtəlif inzibati tədbirlər Azərbaycan dövlətinin anti-radikalızm siyasətinin əsas elementlərini təşkil edir.

Panellərdə işini davam etdirən konfransda PSTİ-nin Baş direktoru Rasul Baxş Rəis, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin müəllimi Aqil Şirinov, PSTİ-nin ekspertləri Muhammad İslam və İcaz Şəfi Ğilani, həmçinin DQİDK-nin şöbə müdirləri Niyaz Yaqublu və Nicat Məmmədli çıxış ediblər. Çıxışlar zamanı radikalizmi doğuran səbəblər, onunla mübarizədə hər iki ölkənin qarşılaşdığı məsələlər müzakirə edilib, bu istiqamətdə təcrübə mübadiləsinin və gələcək əməkdaşlığın zəruriliyi vurğulanıb.

Konfransdan sonra iştirakçılara Azərbaycan məscidlərinin fotolarından ibarət “Azərbaycan-İslam mədəniyyətinin incisi” sərgisi təqdim edilmişdir. Təqdim zamanı DQİDK sədrinin müavini G. İsmayılov bu gün ölkəmizdə fəliyyət göstərən məscidlərin sayının 2000-dən çox olduğunu qeyd edərək onlara dövlət qayğısından danışıb. Sərgidə 40-dan çox məscid, o cümlədən Azərbaycanın Qarabağdakı erməni işğalı altında olan məscidlərimizin işğaldan əvvəlki və sonrakı fotoları nümayiş etdirilib.

Konfrans və sərgidə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov və səfirliyin əməkdaşları, həmçinin xarici ölkələrin Pakistandakı diplomatik nümayındəliklərinin rəhbərləri və əməkdaşları, ekspertlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hüseyn İbadlı

 






9 Dekabr, 2014  16:00 Baxılıb: 730 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner