Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili Senat Evinin lideri ilə - FOTO

Millət vəkili  Q.Paşayeva Pakistan Senatında İqtidar Fraksiyasının rəhbəri, Senat Evinin lideri, senator Raja Muhammad Zafar-ul-Haq ilə Qarabağdan danışıb.

Simsar.az xəbər verir ki, Pakistanın Lahor şəhərində Asiya Parlament Assambleyasının 7-ci Plenar Sessiyasında iştirak edən millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Pakistan Senatında İqtidar Fraksiyasının rəhbəri, Senat Evinin lideri, senator Raja Muhammad Zafar-ul-Haq ilə görüşüb. Görüş zamanı Q.Paşayeva bildirib ki, Pakistan Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir. Azərbaycan Prezidentinin və Parlamentinin hər zaman dost Pakistanla münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının hər zaman Pakistana böyük sevgi bəslədiyini deyib. Millət vəkili xatırladıb ki, o istər jurnalist fəaliyyəti zamanı, istərsə də son 9 illik deputatlıq fəaliyyəti dövründə dəfələrlə bu ölkəyə səfər edib, görüşlər keçirib, həmçinin jurnalist araşdırmaları ilə məşğul olub: “Mən hələ o zamandan Pakistan xalqının və dövlətinin Azərbaycan xalqını və dövlətini nə qədər çox sevdiyini öz gözlərimlə görmüşəm, hiss etmişəm. Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir”. Millət vəkili Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman  Pakistana böyük dəstək verdiyini xüsusi vurğulayaraq ölkələrimiz arasında münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb. Millət vəkili Qənirə Paşayeva Pakistan Senatında İqtidar Fraksiyasının rəhbəri, Senat Evinin lideri, senator Raja Muhammad Zafar-ul-Haqa Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, dinc azərbaycanlıları  snayperlərlə hədəfə alması, Ermənistanın dünyadakı erməni diaspor və lobbisi ilə Azərbaycan əleyhinə apardıqları siyasət və Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də Raja Muhammad Zafar-ul-Haqa geniş məlumat verib və fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva   Ermənistanın bölgədə  bu gün də davam etdirdiyi təxribatlar və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman  qardaş Pakistanın və onun xarici ölkələrdə yaşayan böyük diasporunun dəstəyinə ehtiyac var. Dost Azərbaycanı və onun Pakistana dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən Pakistan Senatında İqtidar fraksiyasının rəhbəri, Senat Evinin lideri, senator Raja Muhammad Zafar-ul-Haq münasibətlərimizin daha da inkişafı bizi məmnun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq deyib və Azərbaycana səfər etmək  niyyətində olduğunu deyib.  Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımının tanınması ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən Pakistan Senatında İqtidar Fraksiyasının rəhbəri, Senat Evinin lideri, senator Raja Muhammad Zafar-ul-Haq bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyib.  Sizi Azərbaycanda görməkdən məmnun olacağıq deyən millət vəkili Qənirə Paşayeva Pakistan Senatında İqtidar Fraksiyasının rəhbəri, Senat Evinin lideri, senator Raja Muhammad Zafar-ul-Haqa müəllifi olduğu kitabları, həmçinin həmmüəllifi olduğu “Xocalı Soyqırım şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da Pakistan Senatında İqtidar fraksiyasının rəhbəri, Senat Evinin lideri, senator Raja Muhammad Zafar-ul-Haqa hədiyyə olunub.







9 Dekabr, 2014  15:16 Baxılıb: 869 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner