Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Bu post Zahid Orucun boyuna biçilməyib” - SƏDRDƏN SƏRT AÇIQLAMA

“Zahid Orucun postuna yeni təyinatla bağlı qararın verilməsinə tələsmirik”.

Bunu Simsar.az-a Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı prezident seçkiləri ərəfəsində partiya sədrinin müavini vəzifəsindən istefa verən Zahid Orucun yerinə gətiriləcək şəxsdən danışarkən deyib.

O bildirib ki, partiya daxilində tələsik qərarların qəbul edilməsi, kimisə yuxarı posta gətirərək ona geniş imkanların verilməsi sonda xoşagəlməz hadisələrə səbəb olur: “Partiyada boş qalan yerlərə elə adamları təyin edəcəyik ki, onların siyasi ambisiyaları partiyada tutduğu yoldan yüksək olmasın. Yəni partiyanın imkanlarından bəhrələnmiş, bundan maksimum istifadə etmiş şəxslər bizə lazım deyil. Bu yalnız Zahid Oruca şamil edilmir. Belə şəxslər müəyyən istəklərinə çatdıqdan sonra, hətta partiya sədrinə xəbərdarlıq etmədən partiyadan uzaqlaşırlar. Bu cür hallar siyasi etikaya uyğun gəlmir. Ona görə də boş qalan postlara yeni təyinatın edilməsinə tələsmirik. Bu gün partiya sıralarına yetərincə gənc kadrların axını var. Onlar gələrlər, partiyanın fəaliyyətinə öz töhfələrini verələr, bundan sonra onlardan birini bu posta təyin edərik”.

Partiya sədrinin sözlərinə gör, AVP siyasi partiyalar içində öz nüfuzu və ictimai rəyin formalaşmasına təsir göstərən fəaliyyəti ilə fərqlənən partiyalardan biridir: “Müavin postunun boş qalmasından aslı olmayaraq, partiya yenə də canlı orqanizm kimi Azərbaycanın siyasi həyatında aktiv iştirak etdir. Bu gün partiya da bir neçə post boş qalıb. Mənə kənardan müxtəlif təkliflər olub ki, gələk, partiya sıralarına qoşulaq. Həmin şəxslər cəmiyyətdə tanınan insanlardılar. Mən onlara müsbət cavab verməmişəm. Düşünürəm ki, partiyanın daxilindən çıxıb gələn, onu ideyalarına sona qədər sadiq qalan insanları önə çəkmək daha faydalı olar”.

“Bu vəzifəni öncə Salam Sarvan icra edirdi. Ondan sonra Zahid Oruc gəldi. Zahid Oruc özü ilə post gətirməyib. Ümiyyətlə bu post onun boyuna biçilməyib və onun adına yazılmayıb” – deyən partiya sədri emosiyalarını gizlədə bilməyib.

Hüseyn İbadlı







9 Dekabr, 2014  14:54 Baxılıb: 933 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner