Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Benzin niyə ucuzlaşmır? – “Mamed” kişiyə nə cavab verək?

“Səbəb, yenə də monopoliyadır” – RƏY

Bakıda benzinin qiyməti qalxanda qonşumuz “Mamed” kişi məndən soruşdu: “Ay oğul sən jurnalist adamsan, bilərsən, biz nöyüt ölkəsiyik deyillər, dünyaya nöyüt satırıq, bəs niyə benzin bizdə bahadı belə?” Mən də ağıllı-ağıllı izah elədim ki, bəs Mamed dayı, dünya bazarında neft bahalaşır. Benzin istehsal edən ölkələr də xammalı baha aldıqlarından bizə də benzini baha satırlar. Hansı ki, o benzini biz ölkədə istehsal edə bilmirik”. Mamed kişi də “Bala bir şey başa düşməsəm də hər halda sən düzünü bilərsən, universitet bitirmiş, savadlı adamsan” deyib başını yelləyə-yelləyə çıxıb getdi.

Dünən Mamed kişi yenə mənə yaxnlaşdı. Kişi kinayəli təbəssümlə üzümə baxıb “Ay oğul televizor deyir dünyada nöyütün qiyməti ucuzlaşır. Amma bizdə benzin qiyməti elə həmşəki kimi od tutuf yanırır. İndi dünyada nöyüt ucuzlaşır, o zavodlar deyirdin haa, onlar bizə bezini ucuz satmırlar məgər?”.

Bu yaşlı, orta məktəb belə bitirməmiş kişinin sualnın qarşısında gözlərimi döyə-döyə qaldım. Adam haqlı idi. Bu gün dünya bazarında neftin qiyməti durmadan düşür. Hazırda 1 barrel neftin qiyməti rekord həddə, 62 dollara düşüb. Lakin Azərbaycanda benzinin ucuzlaşması haqda heç danışılmırda. Hələki ucuz alınan benzini vətəndaşa yenə də Avropadan baha alınıb satıldığı dövrdəki qiymətə satılır.

Burda qazanan kimdir, itirən kim? İxrac olunan benzini Avropadan həmişəkindən 40 faiz ucuz alıb, amma həmişəki kimi baha satan şikətlərə gələn əlavə gəlir hara gedir? Onu da nəzərə alaq ki, Azərbaycanda yüksək markalı benzin növləri üzrə 15 faizlik gömrük idxal rüsumu ləğv edilib.

Simsar.az-a danışan iqtisadçı-ekspert Samir Əliyev qeyd edib ki, hətta neft istehsal etməyən ölkələrdə belə benzinin qiymətində ucuzlaşma müşahidə edilir: “Neftin dünya bazarında 40 %-dan çox ucuzlaşması, hətta bir sıra neft istehsal etməyib, benzin idxal edən ölkələrdə belə yanacağın qiymətinin düşməsinə səbəb olub. Məsələn, qonşu Gürcüstanda da benzinin qiyməti Azərbaycandan ucuzdur. ABŞ da bu yaxınlarda benzinin qiymətini ucuzlaşdırdı, eləcə də Avropa ölkələrində qiymət aşağı salınır. Lakin Azərbacanda yanacağın qiymətində heç bir ucuzlaşma baş vermir”.

Bunun səbəblərinə gəlincə ekspert bildrib ki, ucuzlaşmanın baş verməməsinə səbəb benzinin idxalında hökmranlıq edən monopoliyadır: “Nəzərər alaq ki, bu gün benzin idxalı üçün rüsum Azərbaycanda tətbiq edilmir. Yəni Azərbaycanda iqtisadi baxımdan benzinin qiymətinin ucuzlaşmamasına mane olan heçbir əsas yoxdur. Ucuzlaşmanın qarşısını alan tək səbəb, benzinin idxalındakı monopoliyadır. Benzin gətirən az sayda monopolist şirkətlər yalnız daha çox gəlir əldə etmək məqsədi ilə qiymətlərə istədikləri kimi diqtə edirlər”.

Dövlətin bu məsələyə müdaxilə etməsinin vacib olduğunu da  deyən ekspert əlavə edib ki, İqtisadi İnkişaf Nazirliyinin İnhisar Siyasəti Departamenti məsələyə qarışmalı və qiymətlərin aşağı salınmamasının əsaslandırılmasını tələb etməlidir.

Vüsal Qarayev

 







9 Dekabr, 2014  14:00 Baxılıb: 1218 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner