Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BP-nin Regional prezidenti Bakı Ali Neft Məktəbində - FOTO

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbində (BANM) olub.

BANM İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, rektor Elmar Qasımov qonağı salamlayaraq onu BANM-də görməkdən məmnunluğunu bildirib. Tədbiri açan rektor Elmar Qasımov tələbələrə Qordon Birellin fəaliyyəti haqqında qısa məlumat verərək, onun neft mühəndisliyi sahəsində uzun illər çalışdığını və 2012-ci ildən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti təyin olunduğunu deyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin neft sənayesinin inkişafındakı xidmətlərinə görə, o cümlədən “Əsrin müqaviləsi”nin 20 illiyi ilə əlaqədar olaraq Q.Birellin “Dostluq” ordeni ilə təltif edildiyini vurğuladı və bu münasibətlə qonağı təbrik edib.

E.Qasımov Azərbaycanda neft-qaz sənayesinin inkişafından söz açıb. O bildiribki, ölkəmizdə neft strategiyasındakı mövcud perspektiv imkanlar gənclərin BANM-ə marağını artırır. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsində ingilis-dilli yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının Azərbaycanın neft-qaz sektorunun inkişafında prioritet istiqamət olduğunu bildirərək, qeyd etdi ki, buna misal Bakı Ali Neft Məktəbinin yaradılması, xarici neft-qaz şirkətləri ilə əməkdaşlığın inkişafı və peşəkar mütəxəssislərin BANM-də tədris prosesinə cəlb edilməsidir.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti Qordon Birrell BANM-in tələbələri üçün “20 illik uğurlu neft yolu “ mövzusunda təqdimatla çıxış edib. Təqdimatda BP şirkətinin Azərbayandakı 20 illik fəaliyyətindən, “Əsrin müqaviləsi”nin imzalanmasından sonrakı dövrdə Azərbaycanın neft-qaz sənayesinin inkişafında əldə olunan böyük uğurlardan, Azərbaycanın beynəlxalq layihələrdəki rolundan, bu layihələrin icrasına cəlb etmək üçün ixtisaslı mütəxəssislərə ehtiyac yaranmasından və bu sahədə görülən işlərdən, Bakı-Tbilisi-Ceyhan layihəsinin iqtisadi önəmindən və ölkədə həyata keçirilən uğurlu neft strategiyasından bəhs edildi. Qordon Birrell həmçinin, BP şirkətində gənclər üçün yaradılan təlim və karyera imkanları barəsində danışdı. Sonra o, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Tədbirin sonunda rector E.Qasımov tələbələr qarşısında dolğun məlumatlı çıxışına görə qonağa təşəkkür etdi və onu BANM-in “Fəxri qonaq” diplomu ilə təltif edib.

Xatırladaq ki, 2013-cü ilin noyabr ayında BANM və BP şirkəti arasında əməkdaşlıq haqqında razılaşma əldə olunub.

Hüseyn İbadlı







9 Dekabr, 2014  12:24 Baxılıb: 624 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner