Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vəhabilik Azərbaycana niyə gəldi və özü ilə nə gətirdi?

Ərəbistan yarımadasından dörd bir tərəfə yürüşə keçmiş “klassik islam” cərəyanının dəst-xətti, ali məqsədləri barədə artıq qeyri-müəyyənlik qalmayıb.

Xilafət ideyası ilə yatıb-duran “ordunun” komandanları elə genişmiqyaslı planlar cızıblar ki, onları göz önünə gətirəndə ağlı başında olan insanı dəhşət bürüyür. Ötən əsrin 70-ci illərində Amerika-İngiltərə siyasətinin çətiri altında olan Səudiyyə Ərəbistanının kral evi birdən-birə öz havadarlarına etiraz etmək fikrinə düşdü. O vaxt Vaşinqtonla London ərəb-yəhudi qarşıdurmasında Təl-Əvivə elə dəstək verirdilər ki, müsəlman dünyası bu hədsiz himayədarlığa ən azı təəccüblənməyə bilmirdi. Rəsmi Ər-Riyad prinsipial mövqe tutub Qərbin İsrailpərəst siyasətinə etiraz edərək neft kranını bağlamağa qərar verdi.

kv1
Ölkədə vaxtilə əl-ayaq açmış təşkilatlar şəbəkə yaratmaq üçün xeyli maliyyə gətirilməsinə nail oldular
kv1

1973-cü ilin neft böhranı deyəndə Qərbdə indi də hamı lərzəyə gəlib az qala dəhşətli yuxu görürmüş kimi davranır. Bir anlığa amerikanlılar və elə digərləri də anladılar ki, ərəb və müsəlmanların da əlində güclü, eyni zamanda təsirli silah var və onun uzunmüddətli istifadəsi Qərbi istənilən vaxt börü üstə qoya bilər.

Taleyüklü, sərrast gediş

Vaşinqton məhz onda dərk etdi ki, neft krallığı (Səudiyyə Ərəbistanı) ilə münasibətlərə ciddi korrektələr etməyin vaxtı çatıb. Bunun ən münasib forması Ər-Riyadın vuran əlini İslam dünyasının öz içinə yönəltmək idi. Amma bu niyyəti reallaşdırmaqdan ötrü güclü və taleyüklü, sərrast gedişə böyük ehtiyac duyulurdu.

1978-ci ildə ərəb dünyasının lideri sayılan Misirlə İsrail arasında sonralar dillər əzbərinə çevrilmiş “Kemp-Devid razılaşması” imzalandı. Alçaldıcı saziş tək müsəlman dünyasını deyil, ərəbləri də bir-birinə vurub xaos yaratdı. Sazişə imza atmış Misir prezidenti Ənvər Sədat müsəlman-ərəb birliyinin qatı düşməninə çevrilməklə satqınlıq rəmzinə çevrildi və onun ölkəsi ilə iqtisadi əlaqələr saxlayan qardaş ölkələr Qahirədən üz döndərib ona embarqo elan etdilər.

Qərb isə əlverişsiz gedişatı öz xeyrinə çevirməyin yolunu tapdı. Vaşinqton Ər-Ruyadla Qahirə arasında münasibətləri pərdə arxasında tənzimləməyə başlarkan məqsədi o idi ki, “neft krallığı” embarqo dairəsini qırıb Ənvər Sədata kömək etsin.

kv1
Misirə axışmağa başlayan investisiya xətti ora həm də vəhabi-sələfi ideologiyasını da gətirdi
kv1

Krallıq çox çəkməyən tərəddüdlərdən sonra buna razılıq verdi. Lakin bir şərtlə ki, özünün də bu işdən tək maddi deyil, həm də mənəvi xeyrini götürsün.

Nəticədə Qahirənin elan etdiyi “açıq qapılar” siyasətinə müsbət cavab verən Səudiyyə Ərəbistanı bölgə və islam dünyasında rolunu yeni keyfiyyət mərhələsinə qaldırmaqla bərabər, özünün dini təriqətinin də ixracına başladı. Beləcə, Misirə axışmağa başlayan investisiya xətti ora həm də vəhabi-sələfi ideologiyasını gətirdi. O vaxtdan Misirdə oturuşmuş vəhabi-sələfi dayaq nöqtəsi mövcuddur və həmin cərəyanın İslam ölkələrinə yayılması istiqamətində böyük təşkilatçı-ideolojı rol oynayır.

Misirin səhra bölgələrində yerləşən vəhabi-sələfi düşərgələri hər il yüzlərlə yaraqlı hazırlyıb müxtəlif dövlətlərə göndərir. Diqqətçəkən odur ki, Sinay yarımadasındakı düşərgələrdə postsovet ölkələrindən də yolunu azmış cərəyan davamçıları var. Onların əksəriyyəti, bir qayda olaraq, doğma ölkələrə üz tutur ki, vaxtı çatanda üzərinə düşən “müqəddəs missiyanı” yerinə yetirsin.

“Müqəddəs missiya”nın təzahürləri

kv1
İŞİD sıralarına qoşulan hər döyüşçü üçün hərəkatın liderləri 40 min ABŞ dolları ayırır
kv1

Qayıdaq Azərbaycana. Ölkədə vaxtilə əl-ayaq açmış təşkilatlar şəbəkə yaratmaq üçün xeyli maliyyə və digər vəsaitlərin gətirilməsinə nail oldular. 2000-ci illərin əvvəlinə qədər onların hərəkətləri məlum sosial və iqtisadi çətinliklər ucbatından ona görə hamar gedirdi ki, aztəminatlı adamlar təbliğata tez uyur, verilən və vəd edilən kömək və bəxşişlərə tez aldanırdılar.

Səudiyyə Ərəbistanının “Nicat” cəmiyyəti, Qətərin Xeyriyyə Cəmiyyəti, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin müvafiq vəkf və təsistaları, Sudan və digər ölkələrin adından çıxış edən mərhəmət firqələri Bakı və digər bölgələrə səpələnib nəcib ideya, məram adı altında çoxsaylı tərəfdaş, davamçı yığa bildilər.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin məqsədli şəkildə ayırdığı vəsaitlərlə Şamaxlıda sünni icması üçün inşa edilmiş şəhər məsçidi hazırda vəhabilərin əlindədir və onlar tərəfindən idarə olunur. Məbədin imamı Mir-Əhməd ağa yad cərəyan üzvləri ilə sövdələşdiyindəndir ki, onların hərəkətlərinə qəti etiraz etmir. Bu səbəbdən yerli sünnilər yollarını məsçiddən yan salmalı olublar. Çünki ora gələnlərin şiddətli anti-dini, ən əsası, iyrənc siyasi təbliğat dalğası ilə üzləşməsi qaçılmazdır.

Neftçaladakı “Fatimeye Zəhra” məscidində də eyni vəziyyətdir. “Əhli-Beyt” xəttinin davamçıları artıq bu ibadətgaha üz tutmurlar. Çünki məbədi ələ keçirmiş vəhabilər son dərəcə sərt formada digər cərəyanların davamçılarına təzyiq göstərirlər ki, onları öz təriqtlərinə çəksinlər.

Sumaqyıt, Ceyranbatan, Kürdəmir, Qobustan, Mərəzə, Qobu və digər yerlərdəki məsçidlərdə də olduqca dözülməz vəziyyət hökm sürür. Adını çəkdiyimiz və çəkmədiyimiz dini ocaqlarda, faktiki olaraq, artıq dini ibadət yox səviyyəsindədir – oralar siyasi təbliğat yerinə çevrilib və bu istiqamətdə fəaliyyət gün-gündən güclənir.

kv1
Prezident İlham Əliyevin məqsədli şəkildə ayırdığı vəsaitlərlə Şamaxlıda sünni icması üçün inşa edilmiş məsçid hazırda vəhabilərin əlindədir
kv1

Maraqlıdır ki, indi bütün dünyanın diqqətini dağıdıcı mahiyyəti il özünə cəlb etmiş İŞİD cərəyanı həmin məbədlərdə açıq şəkildə dəstəklənir. Baş kəsən İŞİD-çilər “Tək Allah” deyib “müqəddəs şəriət uğrunda cihada qalxıblar”. Əksər yerli imamlar özlərini böyük mücadiləyə hazırlamaqla elə hesab edirlər ki, ən yaxın zamanda bütün islam ölkələri onların çətirinin altına sığınacaq.

Bu kontekstdə yada bir əhvalat düşür. 2001-ci ilin payızında Bakıdakı 3 saylı uşaq evinə hamilik edən “İslam İrsinin Dirçəliş Fondu”nun gəlmə nümayəndələri yır-yığış edirlər. Uşaq müəssisəsinin zirzəmisindən çıxardıqları varidatları arasında xeyli sayda hərbi sursat, gecə görmə vasitələri, hərbi geyim və sırf müharibədə istifadə olunan əşya və ləvazimatlar gözə dəyir. Soruşulanda ki, bunlar nədir, din missionerləri izah verə bilməmişdilər. Axı, bunun necə izahı ola bilərdi – uşaq və aztəminatlılar hara, hərbi sursat hara?!

Dünyanın ən zəngin terror şəbəkəsi

kv1
Uşaq müəssisəsinin zirzəmisindən xeyli sayda hərbi sursat, gecə görmə vasitələri, müharibədə istifadə olunan əşya və ləvazimatlar çıxdı
kv1

Bu gün Suriya və İraqda İŞİD sıralarında vuruşanlar arasında azərbaycanlı gənclər də var. Vətən hissinə dönük çıxmışalrın amalı şəriət məmləkəti yaratmaqdır və nə onlar, nə də onları yad elə aparanlar bundan artıq bir şey uydura bilmirlər. Gecə-gündüz adı çəkilmiş məscidlərin ətrafında keşik çəkən növbətçilər yolunu azmış insanların sorağında durublar ki, onları pul və cihad eşqi ilə öz sıralarına cəlb edib gələcəyin Cihad Savaşına qulluqçu etsinlər. İş o yerə çatıb ki, artıq valideyinlər haram işdən döndərə bilmədikləri yolunu azmış övladlarından imtina edirlər.

Belə ciddi narahatlıq yaradan vəziyyətin səbəbləri, əlbəttə, çoxdur. Ən başlıcası isə aldadıcı maddi vədlərdir. Məsələn, İŞİD sıralarına qoşulan hər döyüşçü üçün hərəkatın liderləri 40 min ABŞ dolları ayırır. Azərbaycandan ön xəttə gedənlərin qiyməti də məhz bu rəqəmlə ölçülür. Həmin büdcə döyüşçünün hazırlıq və transferinə xərclənir. Kuryerlərin də zəhmət haqqı bura aiddir. Tək bu faktdan bəlli olur ki, hazırda İŞİD dünyanın ən zəngin terror şəbəkəsidir. Ona ideoloji hamiliyi Qərb, maddi hamiliyi isə, Səudiyyə Ərəbistanı başda olmaqla, Fars körfəzi monarxiyaları edir.

Bütün bunların fonunda insanları bu gün ən çox düşündürən bir sual var – dağıdıcı cərəyanın qarşısını almaq mümükündürmü? Əlbəttə, mümkündür, əgər baş verən bu dəhşətlərə laqeydlik göstərməyib, prinsipiallıq və soyuq məntiqlə yanaşılsa!

Desək ki, Azərbaycanda bu məntiq artıq cəmiyyət səviyyəsində yetərincə dərk edilib, səhvə yol vermiş olmarıq...

Bakupost.az






9 Dekabr, 2014  12:19 Baxılıb: 1445 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner