Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Uşaqları narkomaniyadan qorumaq üçün təkliflər hazırlandı

“Bu gün uşaqların narkomaniyadan yayınması məqsədilə valideyn məsuliyyətinin artırılması məsələsi gündəmə gəlib”.

APA-nın məlumatına görə, bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabatda əksini tapıb.

Dövlət Komitəsinin şöbə müdiri qeyd edib ki, cəmiyyətdə sağlam ailə nümunəsinin təşviqini gücləndirmək məqsədilə maarifləndirmə işləri davam etdirilməli, məktəblərdə, ümumiyyətlə bütün təhsil ocaqlarında narkomaniya ilə mübarizə məqsədilə xüsusi qabaqlayıcı tədbirlər həyata keçirilməlidir.

Dövlət Komitəsi hesab edir ki, bu təkliflərin icrası ölkədə narkotiklər və narkomaniya ilə mübarizənin effektivliyini artıracaq.






9 Dekabr, 2014  11:30 Baxılıb: 644 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner