Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İsrail Qəzzaya dəstək verməyə hazırdır – İRONİYA

İsrail prezidenti Reuven Rivlin Qəzzada həyat şəraitinin yaxşılaşması üçün BMT-yə dəstək verməyə hazır olduqlarını bildirib.

Simsar.az İsrailin “Kanal 2” televiziyasına istinadən xəbər verir ki, Rivlin Qəzzanın yenidən abadlaşdırılmasından məsul BMT katibi Geeta Vermanı qəbul edib. Keçirilən toplantıda Qəzzada yaşanan insani problemlər müzakirə edilib.

Reuven Rivlin görüşdə İsrailin Qəzzaya yardım etməyə hazır olduğunu dilə gətirib: “İsrail üçün Qəzza xalqının qarşılaşdığı problemlər çox əhməiyyətlidir. Biz Qəzzada həyat standartlarının yüksəlməsi üçün BMT-yə dəstək verməyə hazırıq”.

BMT katibi Verma isə Qəzza problemlərinin həll edilməsi üçün Misirin də dəstək verməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, İsrail illərdir mühasirədə saxladığı Qəzzaya 7 iyulda qoşun yeritdi. Bu hücumlar nəticəsində 2 min 158 nəfər öldü, 11 mindən artıq insan isə yaralandı. İsrailin atdığı bombalar minlərlə evi tamamən dağıtdı, 10 minlərlə bina isə zərər gördü.

Misir isə hadisələr zamanı müxtəlif bəhanələrlə, Qəzzanın dünyaya açılan tək qapısı Refah Sərhəd Keçid Məntəqəsini Qəzzalıların üzünə bağladı.

Vüsal Qarayev







9 Dekabr, 2014  09:13 Baxılıb: 798 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner