Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Salyandakı 33 milyonluq körpüdə problem

Simsar.az virtualaz.org-a istinadən xəbər verir ki, tikintisi “Azərkörpü” ASC tərəfindən aparılan avtomobil yol körpüsü ölkənin cənub-qərb istiqamətində, Salyan rayonu ərazisində yeni çəkilən 4 zolaqlı yolun Kür çayı ilə kəsişdiyi yerdə tikilir. “Azəryolservis”in sifarişi və Dünya Bankının maliyyə dəsyəti ilə həyata keçirilən layihədə Almaniyanın “Kocks Consult GmbH” şirkəti məsləhətçi qismində çıxış edir.

Müqavilə dəyəri 33 milyon 823 min manat olan körpünün tikinti müddəti 24 ay olmalı, tikinti işləri isə 2013-cü ilin fevral ayında başa çatdıırlmalı idi. Amma tikinti işləri hələ də davam etdirilir.

Tikinti sahəsinin rəisi Pərviz Musayevin verdiyi məlumata görə, gecikmələr mal-materialların vaxtında çatdırılmaması ucbatından baş verib və işlər bu templə gedərsə, körpüdəki tamamlama işləri yalnız bu ilin may ayında başa çatdırılacaq.

Hazırda nəhəng körpü aşərımın inşası aparılır. Layihəyə görə, körpünün birinci, ikinci, dördüncü və beşinci aşırımları kəsilməz, qabaqcadan gərginləşdirilmiş konstruksiya ilə təqdim olunur. Üçüncü aşırım metal tağdan asılmış, kəsilən monolitdən qabaqcadan gərginləşdirilmiş tirdən ibarətdir. Ölçü və parametrlərinə görə bu körpü Azərbaycanda ən nəhəng körpü tikintisi hesab olunur.

Tikilməkdə olan birinci dərəcəli körpünün en kəsik göstəricilərinə görə tam uzunluğu 363 metr, tam eni 29,74 metr, çay üzərindən hündürlüyü 15 metrdir. Burada zolaqların sayı 4, hər zolağın eni 3,75 metr, ayırıcı zolağın eni 4,14 metr, səkinin eni isə 1,30 metrdir.







8 Dekabr, 2014  23:58 Baxılıb: 729 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner