Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qazprom Türkiyədə şirkət quracaq – AÇIQLAMA

Rusiya enerji şirkəti olan Qazprom Türkiyədən keçməsi planlaşdırılan təbii qaz boru xətti üçün yeni bir şirkət quracağını açıqlayıb.

Rusiya Dövlət Başçısı Vladimir Putinin ötən həftə Ankaraya səfəri zamanı Türkiyə üzərindən yeni bir qaz kəməri qurulacağı müzakirə olunmuşdu.

Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Qazprom Türkiyədən keçəcək xətt üçün yeni bir şirkət quracağını açıqlayıb. Rusiyanın Sankt-Peterburq şəhərində qurulacaq şirkətin adı isə, "Qazprom Russkaya" olacaq.

Cənub Axını layihəsi ləğv olundu

Rusiya prezidenti Vladimir Putin Ankaraya səfəri zamanı prezident R.T. Ərdoğanla mətbuat konfransında Avropaya qaz daşıyan Cənub Axın Proyektinin ləğv edildiyini bildirmişdi.

Ləğv edilən Cənub Axın layihəsi Rusiya təbii qazını Qara dənizin altından Bolqarıstandan keçərək Avropaya daşıyacaqdı.

Ləğv edilən layihənin  yerinə Türkiyədən keçəcək yeni bir boru xətti planlaşdırılır. Yeni boru xətti yenə Qara dənizdən keçəcək, lakin Türkiyədə quruya çıxacaq və Türkiyə üzərindən Yunanıstana uzanacaq.

Beynəlxalq mətbuat yeni layihəyə  hətta "Türk axını" adını verib. Rusiya mətbuatı isə  reallaşacaq layihəyə “Mavi Axın” adını qoyub.

 

Aysel Kərimova







8 Dekabr, 2014  19:49 Baxılıb: 779 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner